Accessibility links

Bəhreyndə partlayış zamanı 2 nəfər həlak olub


Vaşınqton ölkə liderlərini müxalif qüvvələrlə dialoq aparmağa çağırıb

Bəhreyn rəsmiləri paytaxt Manamada baş vermiş bir neçə partlayışın iki nəfərin ölümünə, bir neçə nəfərin isə yaralanmasına səbəb olduğunu bildirirlər.

Bəhreynin xəbər agentliyi bazar ertəsi Manama şəhərində baş vermiş beş partlayışı terror aktı kimi qiymətləndirib. Ötən həftə Bəhreyn hökuməti bütün etiraz aksiyalarına qadağa qoyub.

Hakimiyyətdə olan sünni azlığın İran körfəzinin bu ölkəsinə rəhbərlik etməsinə qarşı etiraz aksiyaları təxminən iki il bundan əvvəl başlayıb.

Bəhreyn ABŞ-ın mühüm müttəfiqidir və ABŞ-ın 5-ci Dəniz Donanmasının yerləşdiyi ölkədir. Vaşınqton ölkə rəsmilərini ehtiyatla davranmağa və ölkə liderlərini müxalif qüvvələrlə dialoq qurmağa çağırıb.
XS
SM
MD
LG