Accessibility links

Bayden: ABŞ Ukrayna xalqı ilə bir dayanır


Bayden: ABŞ Ukrayna xalqı ilə bir dayanır
please wait

No media source currently available

0:00 0:03:56 0:00

ABŞ prezidenti Co Bayden çərşənbə axşamı ABŞ Konqresinin birgə iclasında ilk hesabat məruzəsində Rusiya prezidenti Vladimir Putinin Ukraynaya hərbi müdaxiləsini pisləyib və Birləşmiş Ştatların Ukraynaya dəstəyini ifadə edib. Bayden daxili siyasət məsələlərində ölkənin tərəqqisi naminə hər iki partiyanın dəstəyini təmin etməyə çalışıb. O, pandemiyadan sonrakı iqtisadi bərpaya mane olan artan inflyasiyaya toxunub və Konqresdə hər iki partiyanın dəstəyini qazana biləcəyini söylədiyi “birlik” gündəliyini açıqlayıb.

Prezident Co Bayden keçən il aprel ayında çıxışından sonra çərşənbə axşamı günü Konqresin birgə iclasında ikinci çıxışını edərək, ölkədə vəziyyətlə bağlı ilk hesabat məruzəsini etdi.

Ölkədə vəziyyətlə bağlı hesabat məruzələrinin əsas diqqəti ənənəvi olaraq daxili siyasət məsələlərinə yönəldiyi halda, Rusiya prezidenti Vladimir Putinin keçən həftə Ukraynaya hərbi müdaxiləyə başlamasından sonra nüvə qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirmək əmri verməsi ilə Bayden məruzəsinin ilk dəqiqələrində Putinin hərbi təcavüzünə diqqət çəkdi.

“O, Qərbin və NATO-nun cavab verməyəcəyini düşünürdü. Bizi evdə, bu zalda, bu ölkədə ayıra biləcəyini düşünürdü. Bizi Avropada da bölə biləcəyini düşünürdü. Ancaq Putin yanıldı. Biz hazırıq”, prezident Bayden bildirdi.

Birinci xanım Cil Bayden Ukrayna səfiri Oksana Markarovanı lojasına dəvət etmişdi və hər iki partiyadan bəzi qanunvericilər həmrəylik əlaməti olaraq Ukrayna bayrağının sarı və mavi rənglərinə uyğun geyinmişdilər.

Baydenin ölkə daxilində ən böyük problemi ölkəni pandemiyadan çıxarmaqdır. O, vaksinasiyanın uğurunu vurğuladı və “yeni normal” üçün vaxtının gəldiyini bildirdi.

Bir çox qanunvericilər Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin bu yaxınlarda yüngülləşdirdiyi təlimatlara əməl edərək zalda maskasız idi.

“Bilirəm ki, bəzi insanlar COVID-19 ilə yaşamaqdan danışırlar. Bu axşam deyirəm ki, biz heç vaxt COVID-19 ilə həyatı qəbul etməyəcəyik, digər xəstəliklərlə olduğu kimi bu virusla da mübarizəyə davam edəcəyik”, ABŞ prezidenti bildirdi.

Lakin pandemiyadan sonrakı bərpa prosesinə hazırda 7,5 faiz təşkil edən artan inflyasiya mane olur. Bayden minimum əmək haqqını artırmaq və yerli istehsalı artırmaq üçün onun planının kömək edəcəyini bildirdi.

“Amerikada daha çox infrastruktur və innovasiya. Amerikada daha çox malların daha sürətli və daha ucuz hərəkət etməsi. Amerikada yaxşı pul qazana biləcəyiniz daha çox iş yerləri. Xarici təchizat zəncirlərinə güvənməkdənsə, gəlin bunu Amerikada istehsal edək”, prezident Bayden bildirdi.

Respublikaçıların hesabat məruzəsinə cavabı ilə çıxışı vaksinlər və maska tələbləri kimi pandemiya protokollarını rədd etməsi ilə tanınan qubernator etdi. O, Baydenin siyasətini tənqid edərək, onu ölkəni geriyə aparmaqda günahlandırdı.

Ayova qubernatoru Kim Reynolds:

“Prezident Bayden və onun partiyası bizi 70-ci illərin sonu və 80-ci illərin əvvəllərinə qaytardı. Kütləvi inflyasiya ailələrə zərbə endirir, zorakı cinayət dalğası şəhərlərimizi vurur və Sovet ordusu isə dünyanın xəritəsini yenidən cızmağa çalışırdı.”

Beş populyar sorğunun nəticələri Baydenə hazırda dəstəyin yalnız 41 faiz olduğunu göstərir.

Daha yüksək göstəricilər onun ölkəni pandemiyadan, Ukrayna böhranından və inflyasiyadan çıxarıb-çıxara bilməyəcəyindən asılı olacaq.

“Bu reallıqlar çox vacibdir. Lakin prezidentin bu kimi məruzəsində edə biləcəyi yeganə şey güclü olduğunuzu, fədakar olduğunuzu və insanların eşitmək istədiyi şeyləri söylədiyinizi göstərməkdir. Bu, kömək edə bilər”, Amerika Sahibkarlar İnstotutunun təhlilçisi Norman Ornşteyn deyib.

Demokratlar hər iki palatada kiçik səs çoxluğuna malik olduğu üçün Bayden nikbin bir ton seçdi...

ABŞ prezidenti Co Bayden: “Birliyin vəziyyəti güclüdür, çünki siz, Amerika xalqı güclüsünüz!”

O, opioid epidemiyası, uşaqların əqli sağlamlığı üçün resurslar, veteranlara dəstək və xərçəng xəstəliyinin aradan qaldırılması ilə mübarizə məqsədilə yeni “birlik proqramı”nı açıqladı.

“Mən düşündüm ki, bütün paketi hər tərəfdə olan insanların bəyənə biləcəyi bir çərçivəyə yerləşdirmək olduqca ağıllı bir yoldur. Lakin burada həm də bir partiyaya aid olduğunu deyə biləcəyiniz müəyyən məqamlar da var idi”, Vanderbilt Universitetinin professoru Vanessa Bisli bildirib.

Bayden qanunvericiliklə bağlı sosial xərclər və iqlim planı, səsvermə hüquqları, silahlara nəzarət və polis islahatı və pandemiyanın əqli sağlamlığa təsirləri ilə bağlı yeni təşəbbüslər də daxil olmaqla, hələ də qeyri-müəyyən vəziyyətdə olan məqsədlərə nail olmasına çalışır.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG