Accessibility links

BMT-nin xüsusi məruzəçisi yeni hesabatında Abbas Lisani və Əlirza Fərşinin vəziyyətinə diqqət çəkib


BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Cavid Rəhman İranda baş verən hüquq pozuntuları ilə bağlı növbəti hesabatını BMT-nin Baş Assambleyasına təqdim edib.

25 səhifəlik hesabatda İran Azərbaycanında fəaliyyət göstərən vətəndaş cəmiyyəti fəallarının hakimiyyət tərəfindən hədəf alındığına diqqət çəkilib.

“İran Azərbaycanında fəaliyyət göstərən Abbas Lisani və Əlirza Fərşi kimi türk vətəndaş cəmiyyəti fəalları azlıqların hüquqlarını müdafiə etdikləri üçün hədəf alınırlar,” sənəddə qeyd edilib.

Xüsusi məruzəçinin hesabatında Tehran həbsxanasında saxlanılan Əlirza Fərşinin “fiziki zorakılıq və pis rəftara” məruz qaldığına işarə edilib.

Sənəddə, həmçinin, keçən iyun ayında Abbas Lisani və 7 digər milli fəalın keçirdiyi aclıq aksiyası ilə bağlı məlumat verilib.

Xüsusi məruzəçi əlavə olaraq azlıq icmalara qarşı ölüm cəzasının qeyri-mütənasib tətbiqindən narahat olduğunu bildirib.

Hesabata istinadən, “2020-ci ildə kürdlər, bəluçlar və türklər daxil olmaqla azlıq icmaların əksəriyyət təşkil etdiyi dörd vilayətdə ən az 60 nəfər edam edilib.”

XS
SM
MD
LG