Accessibility links

18 insan haqları qrupundan Əlirza Fərşiyə dəstək bəyanatı


Əlirza Fərşi

İranda insan haqları vəziyyəti sahəsində fəaliyyət göstərən qruplar Tehran həbsxanasında 2 illik həbs cəzasını çəkməkdə olan türk dil haqları fəalı Əlirza Fərşi haqqında bəyanat yayıblar.

18 insan haqları qrupunun imzaladığı bəyanatda İslam Respublikasından Əlirza Fərşiyə lazımi tibbi yardım göstərməsi tələb edilib.

“İran İslam Respublikası rəsmilərini cənab Fərşinin həyatı və sağlamlığını qorumaq üçün lazımi addımları atmağa və ehtiyacı olan ixtisaslaşdırılmış tibbi yardımı təmin etməyə çağırırıq. Biz cənab Fərşinin dərhal və qeyd-şərtsiz sərbəst buraxılmasını, habelə ona qarşı qanunsuz ittihamlar irəli sürən və pis rəftar tətbiq edənlərin mühakimə olunmasını tələb edirik,” hüquq müdafiəçilərinin bəyanatında qeyd edilib.

Sənəddə İran Azərbaycanında insan haqları vəziyyəti üzrə fəaliyyət göstərən AHRAZ cəmiyyətinə istinad edilərək, Əlirza Fərşinin həbsxanada qəddar, qeyri-insani və aşağılayıcı rəftara məruz qoyulduğu bildirilib:

“Böyük Tehran Mərkəzi Həbsxanasının rəsmiləri Əlirza Fərşinin hazırda ehtiyac duyduği tibbi yardımı təmin etməkdən imtina edirlər. Alınan məlumata görə, ixtisaslaşdırılmış tibbi yardımın göstərilməməsi təqdirdə siyasi məhbusun sol gözündə görmə qabiliyyətini itirmə riski var.”

Əlirza Fərşi göstərdiyi fəaliyyətlər səbəbilə daha əvvəl universitet müəllimi vəzifəsindən uzaqlaşdırılıb. O hazırda Tehran həbsxanasında dil hüquqları uğrunda göstərdiyi fəaliyyətlər səbəbilə məhkum olduğu 2 illik həbs cəzasını çəkməkdədir. Türk dil haqları fəalı bu iki ili başa vurduqdan sonra iki il sürgünə göndəriləcək. O, əlavə olaraq başqa bir məhkəmənin qərarı ilə 4 il və 2 ay daha həbs, 2 il qeyri-hökümət təşkilatlara üzv olmaqdan məhrumiyyət və Tehran Bələdiyyəsində 2 ay məcburi əmək cəzasına məhkum edilib.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG