Accessibility links

Boko Haram lideri Nigeriya seçkilərilə bağlı yeni təhdidlərlə çıxış edib


Nigeriyanın Boko Haram yaraqlı qrupu ölkədə zorakılıq üzündən artıq gələn ayadək təxirə salınmış seçkiləri pozacağı ilə təhdid edib.

Veb səhifədə yerləşdirilmiş yeni videoda Boko Haram qrupunun başçısı Əbubəkir Şekau deyib ki, toqquşmalar onun döyüşçülərinin həyatı bahasına başa gəlsə belə Allah seçkilərin keçirilməsinə imkan verməyəcək.

Yaraqlı qrup dəfələrlə nigeriyalılara martın 28-nə nəzərdə tutulmuş prezident və parlament seçkilərində səs verməməyə dair xəbərdarlıq edib. Seçkilər bundan əvvəl fevralın 14-ü keçirilməsi nəzərdə tutulmuşdu. Lakin rəsmilər seçkilərin keçirilmə tarixini təxirə salmağa qərar verib.

Nigeriya boyu üç fərqli yerdə partlayışlar onlarla insanın ölümünə səbəb olub. Zorakılıqlara Okrika liman şəhərində APC partiyasının siyasi yürüşünə hücum daxildir.

APC partiyası iqtidarda olan PDP partiyası və Boko Haram qrupunun qarşısını ala bilmədiyinə görə daim tənqidlərlə üzləşən president Qudlak Conatana qarşı təyziqləri dəstəkləyir.

Nigeriya hərbi qüvvələri bu həftə hərbi əməliyyatlar zamanı Boko Haram qrupunun 300 yaraqlısını öldürüb, 11 şəhəri isə ələ keçirdiyini bildirib. Bəzi yaraqlıların həbs edildiyi və hərbi arsenallarının məhv edildiyi deyilir. Bu məlumatlar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

XS
SM
MD
LG