Accessibility links

Britaniya ordusunun başçısı hərbi xərclərin azalmasının təhlükələrindən bəhs edib [Video]


Britaniya ordusunun başçısı hərbi xərclərin azalmasının təhlükələrindən bəhs edib
please wait

No media source currently available

0:00 0:02:12 0:00

Britaniya ordusunun başçısı xəbərdarlıq edib ki, hökümətin kəmər sıxma siyasəti ölkənin döyüş meydanında düşmənləri ilə bərabər olmaq imkanlarına xələl gətirir. General Nik Karter deyib ki, Rusiya qüvvələri Ukrayna və Suriyadakı münaqişələrdə təcrübə keçirlər, Britaniyadakı kəsirlər sayəsində isə onların ordusu köhnə avadanlıqlardan istifadə edir.

General Karter Qərbin Rusiyadan gələn təhlükə ilə üzləşdiyi barədə xəbərdarlıq edib.

Fikrimcə, əgər biz onlarla uyğunlaşmasaq, bizim bu təhlükələrin qarşısını almaq və ya onlara cavab vermək imkanımız yox olacaq. Onlar minlərlə kilometr uzaqda deyil. Onlar Avropanın astanasındadır
Gederal Nik Karter

“Fikrimcə, əgər biz onlarla uyğunlaşmasaq, bizim bu təhlükələrin qarşısını almaq və ya onlara cavab vermək imkanımız yox olacaq. Onlar minlərlə kilometr uzaqda deyil. Onlar Avropanın astanasındadır,” deyə o bildirib.

Karter diqqəti Rusiyanın yeni gələcək-nəsil “Armata” tanklarına çəkib. Britaniyanın Challenger tankları isə 20 ildir yenilənmir.

O, Moskvanın son müqanişələrdən silahlı qüvvələrinin döyüş imkanlarını yoxlamaq üçün istifadə etdiyi ilə bağlı da xəbərdarlıq edib.

“Onlar Suriyadan ekspedisiya imkanlarını artırmaq üçün istifadə edərək, çox sayda zabitlərinə Ukraynada verə bilmədikləri yüksək səviyyəli müharibə təcrübəsi veriblər və uzun-mənzilli raketləri, eləcə də 150 müxtəlif yeni silah və avadanlığını sınaqdan keçiriblər,” o söyləyib.

General Karterin qeyri-adi müdaxiləsi xərclərin azalması ilə bağlı artan narahatlıqları əks etdirir. Britaniyanın silahlı qüvvələrinə sərmayə son beş ildə 11.2 milyard dollar azalıb. Ordu göstəriciləri 19-cu əsrin əvvəlində baş verən Napoleon müharibələrindən bəri ən aşağı səviyyədədir.

“Müdafiə Nazirliyinin böyük maliyyə problemləri var. Bunun səbəbi olsa Brexit və onun nəticələridir,” deyə Kral Birləşmiş Millətlər İnstitutundan Trevor Teylor bildirir.

Brtianiyanın Challenger 2 tankı
Brtianiyanın Challenger 2 tankı

Lakin Teylor iddia edir ki, Britaniya hər baxımdan Rusiyanın ordu imkanları ilə uyğunlaşmağa çalışmamalıdır.

“Məncə biz diqqəti təhlükənin qarşısını almağa və NATO-nun öhdəliklərini yerinə yetirməyə yönəltməliyik. Fikrimcə Rusiya işğal, xüsusilə də, Qərbi Avropanın işğalı ilə bağlı təhlükə yaratmır. Amma onlar Rusiya ilə sərhəd bölüşən ölkələrin NATO və ya digər Qərb ölkələrinin öhdəliklərinə daha az etibar etmələsinə səbəb olur,” o söyləyir.

Britaniya Rusiyanın aqressiyasının qarşısı almaq üçün şərqi Avropa ölkələrinə qoşun və silah göndərən bir neçə NATO üzvündən biridir.

ABŞ prezidenti Donald Tramp dəfələrlə NATO üzvlərini hərbi xərclərini artırmağa çağırıb.

XS
SM
MD
LG