Accessibility links

Cəlal Rövşən ABŞ-İran münasibətlərinin perspektivlərini şərh edir


Cəlal Rövşən
Cəlal Rövşən

Amerikanın Səsinə danışan siyasi şərhçi Cəlal Rövşən hesab edir ki, Co Bayden administryası fəaliyyətə başladıqdan sonra da İran-ABŞ münasibətlərinin gələcəyinə təsir edən bir çox faktor öz qeyri-müəyyənliyini qoruyacaq.

please wait

No media source currently available

0:00 0:16:26 0:00

Prezident Donald Tramp administrasiyası 2018-ci ilin may ayında 2015-ci ildə İran və Qərb ölkələri arasında əldə edilən nüvə sazişindən çıxmaq qərarı verdi. Qərardan bir neçə ay sonra ABŞ-ın İranın gəmiçilik, aviasiya, maliyyə və enerji sektorlarını hədəf alan geniş sanksiyaları qüvvəyə mindi.

Co Baydenin mənsub olduğu Demokrat cəbhənin hakimiyyətdə olduğu dönəmlərdə Tramp zamanından daha çox sanksiyalar tətbiq edilmiş İrana.

ABŞ prezident seçkilərində Demokrat namizəd Co Baydenin qalib elan edilməsi ilə İranla nüvə sazişinin yenidən bərpa olması ehtimalı həm İran həm Amerika mediasında müzakirə edilməyə başladı. Lakin, Cəlal Rövşənin fikrincə yeni bir sazişin əldə ediləcəyinə dair qətilik yoxdur.

“Hərkəs buna kəsin gözlə baxır, amma mən çox da kəsin gözlə baxa bilmirəm. Çünki Co Baydenin mənsub olduğu Demokrat cəbhənin hakimiyyətdə olduğu dönəmlərdə Tramp zamanından daha çox sanksiyalar tətbiq edilmiş İrana. Yəni onları İran dostu kimi qələmə almaq doğru olmaz. Beynəlxalq səviyyədə siyasi konyunktura necə olacaqdır, o daha önəmli faktordur,” deyə Qafqaz Strateji Araşdırmalar Mərkəzinin eksperti söyləyir.

Bəzi ekspertlərə görə, İranda 2021-ci ilin iyun ayında keçiriləcək prezident seçkilərinin nəticəsi də İran-ABŞ arasında yeni bir anlaşmanın əldə edilib edilməyəcəyinə təsir göstərəcək.

Trampdan öncəki Amerika artıq yoxdur. Çünki, bir çox dəyişikliklər olub. Trampın prezidentliyində Amerika siyasəti istiqamət dəyişdirmiş ola bilər


Cəlal Rövşənin sözlərinə görə, “[İranın ali dini lideri Seyyid Əli] Xameneyinin tək əl olaraq İranın siyasəti və iqtisadiyyatında və İranın ən kiçik məsələlərində rolu vardır. Prezident seçkilərində də Xameneyinin müvafiq görüşü nəzərdə alınacaqdır... 2015 nüvə anlaşması əldə edildiyi zaman İranın Xarici İşlər Naziri [Cavad] Zərif dedi ki, heç bir şeyi tək başıma etmədim. Hər imzanı, hər zözü və hər qərarı rəhbər (Xameneyi) ilə məsləhətləşdik.”

O, ABŞ-İran arasında əldə edilən nüvə anlaşmasına diqqət çəkərək deyir ki, “bu gün nə İran o İrandır, nə də Amerika o Amerika.”

“Amerikada prezident hər şey deyil. Senat var, Konqres var, Pentaqon var. Və işin pərdə arxasında bilib bilmədiyimiz güc mərkəzləri var. Bir məsələni də unutmamaq lazimdir ki, Trampdan öncəki Amerika artıq yoxdur. Çünki, bir çox dəyişikliklər olub. Amerikada dünyaya baxış açısı və dünyaya yönəlik siyasətlər əlbbəttə ki dəyişmişdir. Gündən günə dəyişir,” Cəlal Rövşən əlavə edir.

XS
SM
MD
LG