Accessibility links

Cavad Abbasi: İranda təhsil sistemi yanlış təməllər üzərində qurulub


İranın Qərbi Azərbaycan vilayəti məktəblərinin sabiq müəllimi, siyasi fəal Cavad Abbasi məktəblərin açılışı ərəfəsində Amerikanın Səsi ilə söhbətdə İran təhsil sisteminin problemlərini şərh edib.

please wait

No media source currently available

0:00 0:16:48 0:00
Direct link

Abbasi İranda təhsil sisteminin insan gücü yetişdirmək hədəfi ilə deyil, ideoloji baxışla idarə edildiyini ifadə edir.

Bir tərəfdən təhsil sistemi yanlışdır. O biri tərəfdən qeyri-fars bölgələrdə də sadəcə farslaşdırma siyasəti aparılır. Bu də səbəb olur ki, bizim bölgələrdə o istedadlar, o yetənəklər və o yaradıcılıq gücü aradan getsin.

Bu günlər İran Azərbaycanında məktəblərin açılışı münasibətilə ənənəvi kitab paylama kampaniyaları təşkil olunur. Dil hüquqları fəalları müxtəlif şəhərlərdə məktəbli uşaqlara türkcə kitablar hədiyə edirlər.

Cavad Abbasi hesab edir ki, türkcə kitab paylayan vətəndaşlar əslində dövlətin öhdəliyində olan fəaliyyətləri bədəl ödəyərək həyata keçirməyə çalışırlar:

“İranda türk millətinin ana dilində təhsil tələbini yerinə gətirmək yönündə hələ ki, heç bir siyasi iradə olmayıb. Buna görə, bir sıra vətəndaş öz hesablarına, öz pulları ilə uşaqlara türk dilində kitab paylayırlar. Amma biz görürük ki, məsələn Əlirza Fərşi sadəcə türk dilində kitab payladığı üçün təəssüf ki, həbsə məhkum edilib və hazırda da həbsdədir.”

Abbasinin dediklərinə görə, “İranda təhsil sistemi insan gücü yetişdirmək üzərinə deyil, əzbərləmək üzərinə qurulmuşdur. Dünyada hər bir inkişafın təməli insan yetişdirməkdir. Təəssüflər olsun ki, İran təhsil sistemində buna yer verilmir.”

İranda təhsil sistemi insan gücü yetişdirmək üzərinə deyil, əzbərləmək üzərinə qurulmuşdur. Dünyada hər bir inkişafın təməli insan yetişdirməkdir. Təəssüflər olsun ki, İran təhsil sistemində buna yer verilmir.

Onun fikrincə, İran təhsil sistemindəki ümumi problemlərdən əlavə qeyri-fars bölgələrdə ana dilində təhsilin olmaması ekstra problemlərə də yol açır.

“İnkişaf etmiş ölkələrdə məktəbin ilk illərində maraq oyatmaq, birlikdə çalışmaq və qrup işi öyrədilir ki, uşaqların gələcək yaşayışa hazırlanmaq üçün yetənəkləri olsun. Amma nə yazıq ki, bizdə ana dilində təhsil olmadığı üçün uşağın görüb və yaşadığı duyğuları, yaşayış tərzi və həyatında gördüyü dil işlənmir. Məktəbə girdiyində bir şok yaşayır. Uşağın evdə yaşadığı və öyrəndiyi bilgilər və təcürbələr bir anda yoxa çıxır. Bu da səbəb olur ki, İran Təhsil Nazirliyinin yayımladığı məlumatlara görə, məktəbi tərk edənlərin 67 faizi qeyri-fars bölgələrində görünür.”

Siyasi fəal əlavə edir, “yəni, bir tərəfdən təhsil sistemi yanlışdır. O biri tərəfdən qeyri-fars bölgələrdə də sadəcə farslaşdırma siyasəti aparılır. Bu də səbəb olur ki, bizim bölgələrdə o istedadlar, o yetənəklər və o yaradıcılıq gücü aradan getsin.”

Cavad Abbasi müsahibədə həmçinin İranda müəllimlərin üzləşdiyi məişət problemlərinə diqqət çəkir. Onun söylədiklərinə görə, “bu gün İranda müəllimlərin ən önəmli problemi məişət problemidir. Bu gün müəllimlərin 50 faizdən artığı aclıq sərhədinin altında sayılan bir maaş alırlar. Təqaüdçü müəllimlərin ödənişləri verilmir. Sözləşməli (müqaviləli) müəllim alırlar ki, az pul versinlər. Bunun zərərini də şagirdlər görür.”

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG