Accessibility links

Ermənistan Ordusunun basqını dəf edilib


Cəbhə xətti
Cəbhə xətti

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Ordusunun basqınının qətiyyətlə dəf edildiyini bildirir. Ermənistan tərəfi baş verənlərlə bağlı məlumat yaymayıb

Mayın 21-dən 22-nə keçən gecə erməni kəşfiyyat-diversiya qrupu Azərbaycan ordusunun cəbhənin Füzuli rayonu (Bakıdan 310 kilometr cənub-qərb) ərazisində müdafiənin ön xəttində yerləşən mövqelərindəki postlarından birinə basqın etməyə cəhd göstərib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə deyilir ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin göstərdiyi qəhrəmanlıq, igidlik, sayıqlıq və şücaət nəticəsində düşmənin cəhdi qabaqcadan aşkar edilərək qarşısı qətiyyətlə və mütəşəkkil şəkildə alınıb, qısa atışmadan sonra düşmən itki verərək dağınıq və nizamsız vəziyyətdə geri çəkilməyə məcbur edilib.

Təxribat zamanı yüngül yaralanmış gizir Murad Məmmədov, əsgərlər Tural İsaqov və Mirzə Mirzəli hərbi tibb müəssisəsinə yerləşdirilib. Hərbi qulluqçuların vəziyyəti kafidir, heç birinin həyatı üçün təhlükə yoxdur.

Mətbuat xidməti bildirir ki, hazırda erməni təxribatının qarşısının alındığı istiqamətdə vəziyyət Azərrbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır.

Ermənistan tərəfi baş verənlərlə bağlı indiyədək məlumat yaymayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG