Accessibility links

Cəbhədə gərginlik


Azərbaycan ordusu cəbhə bölgəsində təlimlərə başlayıb
Azərbaycan ordusu cəbhə bölgəsində təlimlərə başlayıb

İyulun 24-də Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində atışma zamanı Azərbaycan hərbi qulluqçusu Eldar Fətəliyev həlak olub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, qarşı tərəf diversiya həyata keçirməyə cəhd edərkən ən az beş nəfər itki verib.

Qarabağda cəbhə xəttində də müxtəlif ölçülü silahlardan istifadə ilə atışma olub. Qarşı tərəf cavab atəşi ilə susdurulub, diversiya cəhdinin qarşısı alınıb, deyə açıqlamada bildirilir.

Öz növbəsində, Ermənistan tərəfi qeyd edilən itkiləri təsdiq etmir. Müdafiə naziri Seyran Ohanyan cəbhədə gərginliyin artdığını etiraf edib, amma inandırıb ki, vəziyyət nəzarət altındadır.

"Bu gün Ermənistan müharibə başlamaması üçün əlindən gələni edir. Amma bütün bu səylər əbəs olarsa, Ermənistan Sulahlı Qüvvələri döyüş əməliyyatlarını başqa ərazilərə keçirməyə hazırdır", deyən nazir hansı əraziləri nəzərdə tutduğunu dəqiüləşdirməyib.

Eyni zamanda, o bildirib ki, Ermənistan Azərbaycanla müharibədən qorxmur və ona hazırdır.

O, Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi Ermənistanı dəstəkləyəcəyinə ümid etdiyini bildirib.

Cəbhədə gərginlik, ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərindən iki gün sonraya təsadüf edir. Amerikalı həmsədr Ceyms Uorlik səfərin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında qarşılıqlı etimadın yaranmasının vacibliyini qeyd edib.

XS
SM
MD
LG