Accessibility links

Milli Şura oktyabrın 6-da Cəmil Həsənlinin final mitinqini keçirmək istəyir


Cəmil Həsənli
Cəmil Həsənli

Mitinqdə müxalifətin namizədi platformasını təqdim edəcək, seçiqabağı son çağırışlarını edəcək

Demokratik Qüvvələrin Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin seçki öncəsi təşviqatı ilə bağlı növbəti görüş mitinqi oktyabrın 6-na təyin olunub.

Milli Şuranın mitinq komitəsinin məlumatına görə bu Milli Şura prezident seçkisi Bakıda təşviqat kampaniyasının final mitinqi olacaq.

Bu mitinqdə Cəmil Həsənli vədlərini, platformasını daha geniş formada çatdıracaq, xalqa son çağırışını edəcək.

“Bu mitinq-görüşə Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin platforması ilə maraqlananlar, Azərbaycanda köklü dəyişikliklər istəyənlər, korrupsiyaya, keyfiyyətsiz təhsil və səhiyyəyə, əsgər ölümlərinə, Qarabağsızlığa, avtoritarizmə, qanunsuzluğa, məmur özbaşınalığına, qanunsuz həbslərə, evlərin qanunsuz sökülməsinə, ümumən ölkədə baş verən ədalətsizliklərə “BƏSDİR!” demək istəyən hər kəs dəvətlidir”, deyə mitinqin dəvətində deyilir.

Milli Şura kampaniya ərzində Bakının Yasamal rayonundakı “Məhsul” stadionunda iki mitinq (sentyabrın 22-də və 28-də) keçirib.

Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək
XS
SM
MD
LG