Accessibility links

“Like”-in cəzası


Like
Like

Avropa İttifaqında İslam Əməkdaşlığı Təşkilatının nümayəndəsi Arif Məmmədovun “hökumət əleyhinə status”unu bəyənən azərbaycanlı diplomatlar işdən çıxarılıb. Yüksək vəzifəli həkumət mənbəyi bu məlumatı Turan agentliyinə təsdiqləyib.

Xatırladaq ki, A.Məmmədov mayın 19-da Bakıda baş vermiş yanğının nəticələri ilə bağlı özünün Facebook səhifəsində status yazmışdı.

“Bu faciə hər bir azərbaycanlınn ağrısı və faciəsidir. Heç bir xalq bu rüsvayçılığın və ədalətsizliyin qarşısında dayana bilməz. Məmurlar bizim xalqın iztirabları üzərində milyonlar qazanırlar və əgər onlar xalqın qəzəbindən qoxmurlarsa, heç olmasa Allahın qəzəbindən qorxsunlar”, A.Məmmədov yazmışdı.

Bu statusu bəyənən (“like” edən) istifadəçilər arasında diplomatik xidmətin beş əməkdaşı olub: Fərəh Gözəlova, Anar Mədətli (Belçika səfirliyinin personalı arasında bu adda əməkdaşlar var), Cavid Musayev (Azərbaycanın Küveytdəki səfirliyində müşavir), Ramiz Vəliyev (Azərbaycanın Suriyada müvəqqəti işlər vəkili), Hikmət Hacıyev (XİN mətbuat xidmətinin rəhbəri).

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumatı rəsmi təsdiq və ya hər hansı şərh almaq mümkün olmayıb. Bir həftədən çoxdur ki, nazirliyin mətbuat xidmətinə telefonlarına cavab verilimir. Hikmət Hcıyev özü də mobil telefonuna belə cavab vermir. Belə ki, bazar günü o, bəyanatla çıxış edərək A.Məmmədovun fikirlərini pisləmişdi.

XS
SM
MD
LG