Rusiya rəsmilərinin bildirdyinə görə, Şimali Qafqazın Dağıstan respublikasında silahlı qarşıdurma nəticəsində 5 nəfər ölüb. İtar Tass xəbər agentliyinin məlumatında deyilir ki, silahlı şəxslər Serebryakovka kəndi yaxınlığındakı meşədə hərbi konvoya hücum ediblər. Silahlı toqquşma nəticəsində iki yerli sakinin, bir hərbçinin və yaraqlı olmaqda şübhəli bilinən iki şəxsin öldürüldüyü deyilir. Hücumun məsuliyyətini daşıyan şəxsləri müəyyən etmək üçün təhqiqat aparılır.