Accessibility links

Davud Turan: Milli hərəkat müxtəlif siniflərin istəklərinə diqqət yetirməlidir [Audio-Müsahibə]


Davud Turanın fikrincə, “Güney Azərbaycan Milli Hərəkatı” toplumda müxtəlif sinifləri cəlb etmək istəyirsə, onların tələblərini öz siyasi mükalimə xəttinə calamağı bacarmalıdır.

Davud Turan Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:13:29 0:00

Siyasi şərhçi Amerikanın Səsi ilə söhbətdə İran toplumunda iqtisadi ədalət və gender bərabərliyi üçün mücadilə edən qruplar haqqında danışıb.

“İranda insanların çıxıb iqtisadi vəziyyətə etirazlarını bildirməsi siyasiləşə bilərdi, amma bu etirazlara yön verəcək siyasi təşkilat olmadı. Yəni təşkilatlanmadı və havada qaldı... Bu toplumun içindən doğan təbii bir proses idi. Çünki insanlar ciddi şəkildə məişət çətinliyi çəkir,” Davud Turan bildirir.

İranda insanların çıxıb iqtisadi vəziyyətə etirazlarını bildirməsi siyasiləşə bilərdi amma bu etirazlara yön verəcək siyasi təşkilat olmadı.

O, bu etirazların gəlib-keçən olaylardan ibarət olmadığını vurğulayır:

“Siyasiləşmədi, amma bu gəlib keçən bir olay da deyildi. Bu illərdir toplumda toplanan qəzəbin eşiyə çıxması idi... Bunun müəyyən dalğaları da olacaq. Çünki İran hakimiyyəti buna bir çözüm tapmaqda çətinlik çəkir.”

Müxtəlif siyasi cərəyanların yeni etirazçı sinifləri cəlb etməyə çalışdığını önə çəkən Davud Turan deyir ki, “son olaylarda, İranın bəzi siyasi təşkilatları bunu yönləndirmək istədilər. Amma onların ictimai bazaları olmadığı üçün bir iş görə bilmədilər. Şahçılar olsun, ya Xalqın Mücahidləri...”

Onun sözlərinə görə, “mövcud siyasi cərəyanlar ortada olan bu etirazlardan özlərinə pay çıxarmaq istəyirlər. Hər kəs özünə çəkmək istəyir.”

Davud Turanın fikrincə, türk fəallar və milli hərəkata mənsub təşkilatlar bu qrupların diqqətini cəlb etmək üçün öz proqramlarında yoxsul qruplar və qadınların istəklərinə yer verməlidirlər.

Mövcud siyasi cərəyanlar ortada olan bu etirazlardan özlərinə pay çıxarmaq istəyirlər.

Amma o, milli hərəkatın sosial demokrat və feminist mükaliməsini mənimsəyə bilmədiyini ifadə edir.

“Güney Azərbaycan Milli Hərəkatının o söyləmləri içinə alması lazimdir... Əgər siz öz toplumunuza vəd vermək istəyirsəniz, insanların istəklərinə diqqət etməlisiniz. Onların əsas tələbləri nədir? Birinci olaraq nəyi istəyirlər? Siz onların istəklərini öz söyləminizlə birləşdirib ortaya çıxara bilməsəniz, təbii ki, nəticə ala bilməyəcəksiniz... Orada yaşayan qadının, ya işçinin istəklərini nəzərdə almalısınız. Onları öz hərəkətinizlə birləşdirməlisiniz,” siyasi şərhçi əlavə edib.

XS
SM
MD
LG