Türkyədə kürd tərəfdarı partiyanın lideri Səlahəddin Dəmirtaş PKK militantlarını "əllərini tətikdən çəkməyə" və hökuməti zorakılıqların artmasının qarşısını alaraq danışıqlara başlamağa çağırıb.
PKK Türkiyə silahlı qüvvələrinin 2013-cü ildə əldə edilmiş atəşkəsi pozduğunu bildirərək iyul ayının ortalarından hücumları artırıb. Türkiyənin iyulun 24-də İraqın şimalında PKK düşərgələrinə havadan zərbələr endirməsi ilə zorakılıqlar daha da şiddətlənib.
Xalqların Demoktarik Partiyasının lideri Səlahəddin Dəmirtaş ölkənin əsas etibarilə kürdlərin yaşadığğı cənub-şərq bölgələrində təhlükəsizlik qüvvələri və yaraqlılar arasında altı nəfərin ölümülə nəticələnmiş toqquşmadan altı gün sonra bu açıqlamanı verib.
O deyib ki, hökumət təhlükəsizlik əməliyyatlarını saxlamalı və dialoqa hazır olduğunu elan etməlidir.
Ankara PKK ilə sülh prosesinə 2012-ci ilə başlamış və 2013-cü ildə atəşkəs elan edilmişdir. Atəşkəs rejiminə bu ilin iyul ayına qədər əməl olunurdu.
Türkiyə, Birləşmiş Ştatlar və Avropa İttfaqı PKK-nı terrorçu qrup kimi tanıyır.