Accessibility links

Donald Tramp: 'Green Card' lotereyasını ləğv etmək lazımdır


Prezident Donald Tramp Ağ Evdə kabinet iclasında çıxış edir. 1 noyabr, 2017.
Prezident Donald Tramp Ağ Evdə kabinet iclasında çıxış edir. 1 noyabr, 2017.

Prezident Tramp deyir ki, Manhattanda insanları öldürən şəxs Özbəkistandan ABŞ-a "green card" lotereyası proqramı vasitəsilə gəlib. Baş vermiş terror hücumunun ardınca ABŞ prezidenti Konqreslə birgə işləyərək bu immiqrant viza lotereyasına dərhal son qoymağa çalışacağını deyib.

“Bu gün mən Müxtəliflik Lotereya Proqramına xitam verilməsi prosesinə başlayıram. Mən Konqresdən xahiş edəcəyəm ki, dərhal bu proqrama son qoysun – Müxtəliflik Proqramı. Yaxşı səslənir, amma yaxşı deyil. Bu, yaxşı deyil. Bu, yaxşı deyil. Yaxşı olmayıb. Biz buna qarşı çıxmışıq,“ Tramp bildirib.

Bu gün mən Müxtəliflik Lotereya Proqramına xitam verilməsi prosesinə başlayıram. Mən Konqresdən xahiş edəcəyəm ki, dərhal bu proqrama son qoysun.

ABŞ-da ailə üzvü yaxud iş yeri olmayan adam üçün "green card" lotereyası kimi tanınan proqram ABŞ-a mühacirət etməyin yeganə yoludur. Lotereyada iştirak sadəcə məktəb diplomu və bir neçə illik iş təcrübəsi tələb edir.

Dövlət Departamenti qeyd edib ki, viza informasiyası məxfidir və söesifik viza applikasiyası barədə açıqlama verə bilməz.

Senat azlığının lideri Demokrat Çak Şumer 1990-cı illərdə viza lotereyasının təsis olunmasında önəmli rol oynayıb. Çərşənbə axşamı açıqladığı bəyanatda o, immiqrasiyanın Amerika üçün yaxşı olduğuna daim və indi də inandığını bildirib.

O, prezident Trampa əsas diqqəti anti-terror fəaliyyətlərinə yönəltməyin vacib olduğunu deyib.

Seyfulla Saipov ABŞ-a 'green card' lotereyası udaraq gəlib.
Seyfulla Saipov ABŞ-a 'green card' lotereyası udaraq gəlib.

Hərçənd ki, Tramp viza lotereya proqramını Şumerə şamil edir, Senat azlığının lideri 2013-cü ildə "green card" lotereyasını büsbütün ləğv edəcək qanun layihəsi irəli sürən ikipartiyalı qanunvericilər komandasının üzvü idi. Həmin vaxt Senatdan keçən qanun layihəsi, Nümayəndələr Palatasında ilişib qalmış və möhləti başa çatmışdı.

2016-cı ildə ABŞ lotereya üzrə dünya boyu 45,664 adama ölkədə daimi yaşamaq hüququ bəxş edib. İmmiqrasiya vizalarından 2,336-ı Özbəkistanın payına düşüb.

XATIRLATMA

2017-ci ilə nəzərdə tutulmuş "Green Card" lotereyası üçün 3-10 oktyabr tarixləri arasında təqdim olunmuş bütün applikasiyalar texniki nasazlıq üzündən itib.

Bu vaxtlarda applikasiya doldurmuş adamlara yenidən sənəd təqdim etmək tövsiyə olunur.

“Texniki problem aradan qaldırlıb və tam yeni sənədvermə periodu çərşənbə günü 2017-ci il, 18 oktyabrda Nyu York vaxtilə 12:00-da başlanacaq, və proqram 22 noyabr Nyu York vaxtilə 12:00-adək sürəcək,” deyə Dövlət Departamentinin vebsaytı bu yaxınlarda applijkantlara oktyabrın 3-ü və 10-u arasında verdikləri sənədə görə aldıqları təsdiq nömrələrini tullamağı tövsiyə edib.

XS
SM
MD
LG