Accessibility links

Donald Tramp Kiber Təhlükəsizlik Departamentinin rəhbərini işindən kənarlaşdırıb


ABŞ-da seçkilərin başa çatmasından cəmi iki həftə sonra prezident Donald Tramp Twitter-də səsvermənin təmin edilməsi səylərinə rəhbərlik edən vəzifəli şəxsi işdən çıxardığını elan edib.

Tramp Kiber Təhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyinin direktoru Kristofer Krebsin 3 noyabr prezident seçkiləri zamanı əsasız olaraq “kütləvi uyğunsuzluqlar və saxtakarlıqlara” yol verdiyini iddia edərək seçki ilə əlaqədar “olduqca qeyri-dəqiq” bir açıqlama verdiyinə görə işindən kənarlaşdırdığını bildirib.

"Dərhal qüvvəyə minən qərarala Kristofer Krebs Kiber Təhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyinin direktoru vəzifəsindən kənarlaşdırıldı" - deyə, Trump əlavə edib.

Lakin digər tərəfən Krebs özünün yenicə təsdiqlənmiş twitter profilindən prezidentə cavab verib. "Şərəflə xidmət etdim" deyən Krebs bildirib ki, "Biz düzgün olanı etdik. Bu günü müdafiə edib, sabahı təmin etdik".

Seçkilərdə saxtakarlığı ilə bağlı iddialar və gərginlik aylardır davam edirdir. Tramp buaykı seçki ərəfəsində koronavirus pandemiyası səbəbindən poçt bülletenlərinin geniş istifadəsinə dittət çəkərək potensial saxtakarlıq barədə dəfələrlə həyəcan siqnalı verib.

Baxmayaraq ki, seçkilərdən iki gün sonra Trampın kampaniyası seçkilərdə saxtakarlıq və dələduzluq halları ilə əlaqədar olaraq artıq bir neçə məhkəmə iddası qaldırıb, seçkilərin kütləvi saxtalaşdırlıması və qanun pozuntularına yol verilməsi ilə əlaqədar dəlillər tapılmayıb.

Keçən cümə axşamı Kiber Təhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi da daxil olmaqla, bir neçə federal və ştat rəsmilərindən ibarət bir koalisiya iddiaların əsassız olduğunu deyərək onları rədd edib.

Seçki İnfrastrukturu Hökümət Koordinasiya Şurasının (GCC) İcra Komitəsi və Seçki İnfrastrukturu Sektoru Koordinasiya Şurası açıqlama yayaraq bildirib ki, "3 noyabr seçkiləri Amerika tarixindəki ən etibarlı seçki olub". "Hər hansı bir səsvermə sistemində səslərin silindiyi və ya itirildiyi, səslərin dəyişdirildiyi və ya hər hansı bir şəkildə güzəştə gedilyinə dair heç bir dəlil yoxdur" - deyə, bəyanatda bildirilir.

XS
SM
MD
LG