Accessibility links

Dövlət Departamenti: Azərbaycan işgəncələr, siyasi həbslər davam edir


ABŞ Dövlət Departamentinin hesabatına görə, Azərbaycanda 2017-cı il ərzində çox ciddi işgəncə halları, siyasi və dini fəalların həbsi, azad medianın boğulması davam edib.

ABŞ Dövlət Departamentinin dünya ölkələrindən insan haqlarının durumuna dair illik hesabatının Azərbaycanla bağlı hissəsində deyilir ki, ölkədə daha öncəki illər baş verən insan haqları ilə bağlı problemlər 2017-ci ildə də davam edib.

Ən ciddi insan haqları pozuntuları sırasında məhbusların ölümü, işgəncələr, ağır və bəzi hallarda həyata təhlükə yaradan saxlanılma şəraiti, ixtiyari həbslər, hüquqi azadlığın olmaması, siyasi məhbuslar, ifadə azadlığına basqılar, jurnalistlərə qarşı fiziki təhdid, özəl həyata müdaxilə, toplaşma hüququna qarşı məhdudiyyətlər və digərləri misal göstərilib.

İxtiyari və siyasi zəminli ölüm halları

Hesabatda insan haqları müdafiəçiləri və mətbuata əsasən qeyd edilir ki, 2017-ci ildə ölümlə nəticələnən ən az altı işgəncə və ya fiziki zorakılıq faktı qeyd edilib.

Misal olaraq 28 aprel tarixində müxalif meyli bloqer Mehman Qələndərovun Kürdəxanı təcridxanasında şübhəli şəkildə ölümü göstərilib. Təcridxana onun intihar etdiyini və bunun araşdırılması ilə bağlı cinayət işinin açıldığını elan etsə də, istintaqın nəticələri haqqında məlumat verilməyib. Hesabatda Qələndərov çox tez və gizli şəkildə basdırıldığı və bu səbəbdən onun cəsədində zorakılıq əlamətlərinin aşkar edilməsi mümkün olmadığı bildirilir.

Hesabatda deyilir ki, keçən ilin may ayında casusluqda ittiham edilən beş hərbçi polisin nəzarətində olduğu müddətdə müəmmalı şəkildə ölüblər. Mətbuat hesabatları əsasən hərbçilər tələsik basdırıldığı və işgəncə əlamətlərinin olub-olmadığı bilinməməsi üçün ailələrinə onların cəsədlərini görməsinə imkan verilmədiyi də qeyd edilir.

İşgəncələr

Hesabatda 9 yanvar tarixində tanınmış bloqer Mehman Hüseynov polisə müqavimətdə ittiham edilərək, saxlanıldığı və onun növbəti gün mətbuata polis işgəncəsinə məruz qaldığı bildirdiyi qeyd edilib. Bakı məhkəməsi 3 mart tarixində Mehman Hüseynovu üç il azadlıqdan məhrum edib.

Mehman Hüseynov
Mehman Hüseynov

Həbsdə saxlanılan müddət baş vermiş digər işgəncə misalları da qeyd edilib. Məsələn, avqust ayında həbs edilən Müsəlman Birliyi Hərəkatı üzvü Abbas HüseynovCabbar Cabbarov Qobustan həbsxanasında saxlanıldıqları müddət işgəncəyə məruz qaldıqları bildirilir.

Hesabatda polis tərəfindən saxlanılan LGBT fərdlərinin zorlanma ilə hədələndiyi bildirilir. Bildirilir ki, LGBT fərdlərinin həbs olunması senytabr ayından başlayıb və onların çoxu hədələri ictimailədirməkdən imtina edib.

Saxlanılma şəraiti

Dövlət Departamentinin hesabatında məhbusların sıx və tibbi yardıma çıxışın məhdud olduğu şəraitdə saxlandığı bildirilir. Məsələn, həbsxana rəhbərliyi Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Gözəl Bayramlıya ehtiyac duyduğu dərmanları təmin etməkdən imtina edildiyi və nəticədə onun sağlamlığına ciddi zərər dəydiyi deyilir.

Əfv

Hesabatda Azərbaycan prezidentinin 16 mart tarixində 423 məhbusu əfv etdiyi, lakin həmin şəxslər arasında yalnız bəzi siyasi məhbusun olduğu bildirilir. Azadlığa buraxılan siyasi məhbusların arasında bloqer Əbdul Əbilov, AXCP fəalı Elvin Abdullazadə, Azadlıq qəzetinin redaktoru Qənimət Zahidin qohumlar Rüfət və Rövşən Zahidovlar və Meydan TV-nin rəhbəri Emin Millinin qayını Nazim Ağabəyovu adı qeyd edilib.

Hüquqi prosedurlar

Dövlət Departamentinin hesabatında keçən ilin 7 noyabr tarixində Milli Məclis hüquqi təmsilçilik haqqında qanunda dəyişikliklər etdiyi bildirilir. Əvvəlki qanun Vəkillər Kollegiyası üzvü olmayan vəkillərə müştərilərini məhkəmə prosesində təmsil etməyə imkan verirdi. Lakin yeni qanuna əsasən yalnız Vəkillər Kollegiyası üzvləri məhkəmə proseslərində iştirak edə biləcək. Hesabatda deyilir ki, ölkənin hüquqşünaslar icması və qeyri-hökümət təşkilatları bu dəyişiklikləri tənqid edərək, yeni qanunun vətəndaşların hüquqi yardıma çıxışını məhdudlaşdırdığını bildirlər.

Siyasi məhbuslar

Hesabatda siyasi məhbuslarla çalışan qeyri-hökümət işçi qrupunun verdiyi məlumata əsasən, ölkədə 156 siyasi məhbusun olduğu və onların bəziləri haqqında məlumat qeyd edilib:

16 yanvar tarixində Bakı Ağır Cinayətlər Məhkəməsi NİDA hərəkatının üzvü Elgiz Qəhrəmana qarşı 5 il 6 ay azadlıqdan məhrum etmə cəzası qərarı verib. Hüquqşünaslar və vətəndaş cəmiyyəti fəalları Qəhrəmanın həbsi səbəbinin prezident və onun ailəsini sosial mediada tənqid etməsi olduğunu bildirir. 29 noyabr tarixindən Ali Məhkəmə onun həbs müddətini üç ilədək azaldıb.

25 yanvar tarixində Bakı Ağır Cinayətlər Məhkəməsi Müsəlman Birliyi Hərəkatı lideri Taleh Bağırzadə və onun müavini Abbas Hüseynova qarşı 20 il həbs cəzası qərarı verib. Müsəlman Birliyi Hərəkatının 16 digər üzvü 14 il 6 ay müddətdən 19 il müddətə qədər azadlıqdan məhrum edilib. Onlara qarşı qaldırılan ittihamara terrorizm, qətl, dövlət çevrilişi daxildir.

AXCP sədrinin üç müavinindən biri Fuad Qəhrəmanlı 10 il müddətinə azadlıqdan məhrum edilib. İnsan hüquqları müdafiəçiləri ölkədəki siyasi müxalifəti susdurmaq üçün hakimiyyətin saxta ittihamlar irəli sürdüyünü bildirir.

Bloqer Mehman Hüseynov 3 mart tarixində Suraxanı məhkəməsinin qərarı ilə iki il müddətində azadlıqdan məhrum edilib.

AXCP gənclər komitəsinin üzvü Fuad Əhmədli 16 iyun tarixində Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 4 il azadlıqdan məhrum edilib. Vətəndaş cəmiyyəti fəalları Əhmədlinin höküməti sosial mediada tənqid etdiyi və etiraz aksiyalarında iştirak etdiyi üçün həbs olunduğunu bildirir.

İlqar Məmmədov
İlqar Məmmədov

16 noyabr tarixində Avropa İnsan Haqları Məhkəməsi müxalif Respublikaçı Alternativ Hərəkatının (REAL) sədri İlqar Məmmədovun ədalətli məhkəmə ilə təmin edilmədiyi ilə bağlı qərar qəbul edib. Məmmədov 2013-cü ildə həbs edilib və 2014-ci ildə onun həbsinin qeyri-qanuni olması ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin qərarına baxmayaraq hələ də həbsdədir.

Siyasi məhbus kimi tanınanlar arasında AXCP sədrinin müavini Gözəl Bayramlı, jurnalistlər Əfqan Muxtarlı və Əziz Orucov var.

Mətbuat və İnternet Azadlığı

Dövlət Departamenti öz hesabatında ölkədə ən azı 10 jurnalistin, bloqerlərin və iki yazıçının siyasi məhbus olduğunu bildirir.

Əlavə edilir ki, Amerikanın Səsi, Azadlıq RadiosuBBC kimi xarici xəbər qurumları FM radio tezliyində yayımlanmasının qarşısı alınıb. Buna baxmayaraq, Rusiyanın Sputnik mətbuat qurumu yerli radio tezliklərdə yayımlanır.

Hesabatda 2016-cı ilə Azadlıq qəzetinin çap versiyasının dayandırılmasından sonra ölkədə əhəmiyyətli müxalif nəşrin qalmadığı qeyd edilir.

12 may tarixində Səbayel məhkəməsinin qərarı ilə Azadlıq Radiosunun Azərbaycan vebsəhifəsi və Azadlıq, Azərbaycan Saatı, Meydan TV və Turan media qurumlarının vebsəhifəyə girişi qadağan edilib.

Hesabatda 24 avqust tarixində Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevə qarşı cinayət işinin açılması və həbs edilməsi qeyd edilib. Hökümət daha sonra, 11 sentyabr tarixində onu azadlığa buraxıb və 2 noyabr tarixində Turan-a qarşı iddialar qaldırılıb.

ABŞ Dövlət Departamentinin illik hesabatı 20 aprel tarixində açıqlanıb. Hələlik hesabatla bağlı Azərbaycandan hər hansı rəsmi reaksiya yoxdur.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ dövlət katibi Antony Blinken Ukraynaya rəsmi səfər edib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG