Accessibility links

İngiltərə və ABŞ komandaları arasında matç 1:1 hesabı ilə başa çatıb


ABŞ və İngiltərə yığma komandaları Cənubi Afrikanın şimal-qərbində Rustenburq şəhərindəki matçda stadiounundakı tamaşacılar və dünyanın hər tərəfində televiziya ekranlarında matçı izləyən futbol sevənləri keyfiyyətli oyunları ilə həyəcanlandırdılar.

2010-cu il futbol üzrə dünya çempionatında İngiltərə və ABŞ milli yığma komandaları arasında matç 1:1 hesabı ilə başa çatıb. İki ölkənin milli komandaları arasında 1950-ci il dünya çempionatında oyun Birləşmiş Ştatların İngilətərə üzərində 1:0 hesabı ilə qələbəsi ilə başa çatmışdı.

ABŞ komandası Cənubi Afrikanın şimal-qərbində Rustenburq şəhərində keçirilən matçda 1950-ci ildəki kimi qələbə əldə edə bilməyib. Ancaq ABŞ komandasının azarkeşləri gənə də bu günkü oyunun nəticəsindən razı qalıblar.

ABŞ-ı dünya çempionatının açılışında rəsmən təmsil edən vitse-prezident Co Bayden Amerikanın qələbə çalacağına inandığını demişdi.

Bu il çempionatın ən güclü komandalarından biri olan İngiltərə 1966-cı ildən sonra dünya kubokunu qazanmağa çalışır.

Argentina və Cənubi Koreya isə özlərinə ilk qələbələri gətiriblər.

Cənubi Koreya Yunanıstan üzərində 2:0 hesabı ilə qələbə çalıb. Argentina da Nigeriyanı 2:0 hesabla udub.

XS
SM
MD
LG