Accessibility links

Dünya Kuboku 2010-nun ilk 1/4 finalçısı Uruqvay oldu


Cənubi Koreya üzərində qələbə ilə Uruqvay son 40 ildə ilk dəfə olaraq bu mərhələyə vəsiqə qazanıb

Futbol üzrə iki qat dünya çempionu Uruqvay Cənubi Koreyanı 2-1 hesabı ilə məğlub edərək Dünya Kuboku 2010-da 4-də bir final mərhələsinə adlayan ilk komanda olub. Port Elizabet stadionunda yağışlı-küləkli ağır hava şərtləri altında keçən oyunda Luiz Suarez komandasını iki dəfə önə keçirib. Ayaksın hücumçusu ilk qolu 8-ci, ikinci qolu isə 80 dəqiqədə vurub. Bu qələbə ilə Uruqvay son 40 ildə ilk dəfə olaraq 4-də bir final mərhələsində iştirak edəcək. Koreyanın güclü və enerjili oyun nümayiş etdirdiyi maçta qolu Cənubi Koreyanın aktivinə Li Cunq-Yonq yazıb. Növbəti mərhələdə Uruqvayın rəqibi olacaq komanda bu gün keçiriləcək digər matçdan sonra bəlli olacaq. Qana və ABŞ arasında keçiriləcək oyunda Amerika komandasının azarkeşləri arasında sabiq president Bill Klinton da var.

XS
SM
MD
LG