Accessibility links

Qəzəblənmiş azarkeş İngiltərə komandasının-soyunub geyinmə otağına daxil olub


Bu gün keçirilən Hollandiya-Yaponiya oyununda birincilər qələbə qazanaraq E qrupunda liderliyini qoruyub

Dünya kuboku çərçivəsində bu gün Hollandiya komandası Yaponiyaya 1-0 hesabı ilə qalib gələrək 16-da bir final mərhələsinə keçmək üçün şanslarını daha artırıb. 53-cü dəqiqədə Vesli Şnayderin vurduğu qolla Hollandiya iki oyundan iki qalibiyyətlə E qrupunda liderliyini qoruyub. Məğlubiyyətə baxmayaraq Yaponiya 3 xalla qrupda 2-ci yerdə qərarlaşıb. Qrupun ikinci oyununda bu gün Kamerun və Danimarka komandaları qarşılaşacaq. D qrupu çərçivəsində keçirilən Qana-Avstraliya 1-1 hesabılə bərabərə yekunlaşıb. Hazırda qanalılar D qrupuna liderlik edir.

Bu arada qəzəbli azarkeşin Əlcəzairlə oyundan sonra İngiltərə komandasının soyunub-geyinmə otağına necə daxil olması barədə Cənubi Afrika polisi təhqiqata başlayıb. FİFA sözçüsü deyib ki, artıq stadionda təhlükəsizlik tədbirləri gücləndirilib və belə bir hadisə bird aha baş verməyəcək.

XS
SM
MD
LG