Accessibility links

Dünya liderləri Liviyadakı son vəziyyətə münasibətini bildirib


Dünya liderləri Liviyadakı son vəziyyətə münasibətini bildirib
Dünya liderləri Liviyadakı son vəziyyətə münasibətini bildirib

Böyük Britaniya baş naziri Deyvid Kameron deyib ki, Liviyada üsyançıların paytaxt Tripoliyədək irəliləməsi Yaxın Şərqdə Ərəb baharı inqilablarına regionda demokratiyanın başlanğıcının əsasının qoyulmasına kömək edib.

Cənab Kameronun sözlərinə görə, Britaniya Liviya inqilabında rol oynadığı üçün fəxr hissi keçirir. O deyib ki, London tezliklə Liviya xalqının istifadəsi üçün dondurduğu Liviyaya məxsus mülklərin üzərindən qadağanı götürəcək.

Fransa Liviya müxalifərinin liderinin qarşıdakı günlərlə Parisə səfər edəcəyini bildirib. Fransa Milli Keçid Şurasını Liviya xalqının legitim təmsilçisi kimi tanıyan ilk ölkə olub.

ABŞ prezidenti Barak Obama Liviya lideri Müəmmər Qəzzafini birdəfəlik hakimiyyətdən əl çəkməyə çağırıb. Onun sözlərinə görə, Qəzzafi artıq ölkənin nəzarətini itirdiyini etiraf etməlidir.

Cənubi Afrika Respublikası üsyançıları dəstəkləmədiyini bildirsə də, Qəzzafinin ölkəni tərk etməsi üçün təyyarə göndərməsi barədə yayılan məlumatı da təkzib edib.

Qeyd edək ki, Beynəlxalq Cinayət Tribunalı Qəzzafinin həbsinə sanksiya verib.

XS
SM
MD
LG