Accessibility links

Yıxılmış vəliəhd: Seyf-əl-İslam Qəzzafi


Yıxılmış vəliəhd: Seyf-əl-İslam Qəzzafi
Yıxılmış vəliəhd: Seyf-əl-İslam Qəzzafi

Haaqada Beynəlxalq Cinayət Məhkəməsi Liviya lideri Müəmmər Qəzzafinin oğlu Seyf-əl-İslam Qəzzafini Liviyanın de-fakto baş naziri adlandıraraq onun haqqında həbs orderi çıxarıb. Seyf-əl-İslam “insanlığa qarşı cinayətlərdə” ittiham olunur.

Qəzzafinin yeddi oğlundan ikincisi olan Seyf-əl-İslam bir vaxtlar vəliəhd olaraq islahat və aşkarlıq tərəfdarı sayılırdı.

Onun London İqtisadiyyat Məktəbindən doktorluq dərəcəsi var və mükəmməl ingiliscə danışır. Seyf-əl-islam həmçinin ziyafət həvəskarı və qadın düşkünü kimi tanınır. Deyilənə görə, o, St. Barts adasında bir ziyafətdə oxumaq üşün müğənni Maraya Kəriyə bir milyon dollar vermişdi.

1997-ci ildən bəri o, xeyriyyə təşkilatının rəhbəri olaraq zəlzələdən əziyyət çəkən Haitiyə yüz minlərlə ton yardım göndərmişdi.

Lakin Liviyada üsyan baş qaldırandan sonra o, yeni qiyafəyə girdi. Dövlət televiziyasında etirazçıları "xuliqan" adlandıran Seyf-əl-İslam üsyanı yatırmaq əməliyyatlarına rəhbərliyi öz üzərinə götürdü.

Beynəlxalq Cinayət Məhkəməsinin may ayında açıqladığı bəyanatda Seyf-əl-İslamın nümayişçilərə qarşı həqiqi güllələrdən istifadə edilməsinə əmr verdiyinə dair dəlillərin olduğunu bildirib.

XS
SM
MD
LG