Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, Ebola xəstəliyinə qarşı eksperimental peyvəndin yanvar ayına qədər istifadəyə verilə biləcəyini bildirib.
Ümumdünya Səhiyyə Təşkilatının direktor müavini doktor Mari Pol Keni Ebola xəstəliyinə qarşı peyvəndlərin Avropada, Birləşmiş Ştatlarda və Afrikada kliniki təcrübələrdən keçirildiyni deyib. Onun sözlərinə görə, peyvəndlər təhlükəsizdir və Qərbi Afrika ölkələrində yanvar ayında təcrübədən keçirilə bilər.
Cenevrədə müxbirlərlə danşan doktor Kieni Ebola xəstəliyinə qarşı peyvəndin geniş istifadəyə nə zaman veriləcəyi ilə bağlı bir söz deməyib.
İspaniyada səhiyyə rəsmiləri Ebola virusuna yoluxmuş tibb bacısının yardımçının virusdan azad olduğunu bildiriblər. Tereza Rineri Ramos bu ayın əvvəli Ebola virusuna yoluxduğu test zamanı təsdiq edildikdən sonra xəstəxənaya yerləşdirilmişdi.
Ebola xəstəliyi Qərbi Afrikada bu il 4500 insan ölümünə səbəb olub.