Azərbaycan Əfqanıstan iqtisadiyyatının müxtəlif sektorlarına 1-2 mlrd. dollar həcmində investisiya qoymaq niyyətindədir. Bu barədə Azərbaycanın Əfqanıstandakı səfiri Daşqın Şikarov www.ariannews.af saytına müsahibəsində bildirib.
Onun sözlərinə görə, beş il əvvəl azərbaycanlı sərmayəçi Əfqanıstanda neft hasilatı sahəsinə 30 milyon dollar yatırıb. Bunun sayəsində Məzari-Şərifdə neft emalı zavodu fəaliyyətə başlayıb. Zavod hər gün 500 ton xam neft emal edir.
“Azərbaycan neft və mineral yataqların hasilatı sahəsində də investisiya qoyuluşunu davam etdirməyə hazırdır”, - səfir vurğulayıb.