Accessibility links

Ərdəbildə həbs edilən türk fəallar vəhşicəsinə döyülüb


Abbas Lisaninin harada saxlanıldığı bilinmir

İran Azərbaycanında illik Babək Qalası yürüşü ilə əlaqədar həbslər davam edərkən, keçən günlərdə Ərdəbildə nəzarət altına alınan 12 türk fəalın Ərdəbil zindanında işgəncəyə məruz qaldığına dair xəbərlər yayılıb.

Yazar və türk dili müəllimi İbrahim Savalanın bildirdiyinə görə, nəzarətçilərin göstərişi ilə digər məhbuslar tərəfindən ağır şəkildə döyülən fəalların bir neçəsi göz, diş və ayaqlarından xəsarət alıblar.

İbrahim Savalan bu məlumatı ona həbsxnadan zəng edən fəal Əsgər Əkbərzadədən alıb.

Məhbuslarla bağlı sosial mediada məlumat verən ailə üzvləri də basqı və təhdidə məruz qalır

O, Facebook səhifəsində döyülən məhbuslardan Əli Vasiqi, Mehdi Huşmənd və Rəhim Qulaminin adlarını qeyd edib.

Ərdəbildə həbs edilən tanınmış türk fəal Abbas Lisaninin harada saxlanıldığına dair məlumat yoxdur.

Keçən bir neçə günün ərzində nəzarət altına alınanlardan 17 fəalın adı məlum olub. Onların əksəriyyəti Ərdəbil vilayətindəndir, amma Təbriz, Urmiyə və Əhər kimi şəhərlərdə də tutulanlar var.

Məhbuslarla bağlı sosial mediada məlumat verən ailə üzvləri də basqı və təhdidə məruz qalır.

Facebook səhifəsində Qardaşı İbrahim Nurinin Tehranın Evin Həbsxanasına aparıldığını bildirən Fərəc Nuri daha sonra özü də nəzarət altına alınıb.

Həmçinin bir çox fəal Əhər, Təbriz və Urmiyə şəhərlərində təhlükəsizlik qurumlarına çağırılaraq təhdid edildiklərini bildiriblər. Onlardan ənənəvi Babək Qalası (Bəz Qalası) yürüşünə qatılmamaları tələb edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG