Accessibility links

Ekspert: Elektrik enerjisinin istehsalında ən böyük çatışmazlıq idarəçilikdədir


Elektrik xətti
Elektrik xətti

Natiq Cəfərli: “Azərenerji” büdcədən hər il böyük miqdarda dotasiya alır

Natiq Cəfərli
Natiq Cəfərli

“Azərenerji” ASC 2018-ci ili 307 milyon 335 min manat zərər ilə başa vurub, 2017-ci ili 602 milyon 873 min manat zərər ilə bağlamışdı. Yəni, 2017-2018-ci illərdə “Azərenerji”nin zərəri 1 milyard manata yaxın olub. ASC-nin bu günə kimi cəmi öhdəlikləri 2 milyard 527 milyon 840 manatdır ki, bunun da 1 milyard 707 milyon manatı, yəni, təqribən 1 milyard dolları kredit borclarıdır.”

Bu barədə iqtisadçı Natiq Cəfərli Facebook səhifəsində yazıb.

“Azərenerjinin” nədən ziyanla işlədiyini bilmək üçün keçmiş və indiki rəhbərliyinin villalarını, evlərini, obyektlərini, maşınlarını, taxdığı saatları görmək kifayətdir.
Natiq Cəfərli, iqtisadçı

Onun sözlərinə görə, “Azərenerji” büdcədən hər il böyük miqdarda dotasiya alır, son iki ildə aldığı subsidiyanın miqdarı 196 milyon manatdır. Keçən il büdcəyə ödədiyi verginin həcmi isə cəmi 27 milyon manatdır.

“Azərenerjinin” nədən ziyanla işlədiyini bilmək üçün keçmiş və indiki rəhbərliyinin villalarını, evlərini, obyektlərini, maşınlarını, taxdığı saatları görmək kifayətdir,” iqtisadçı qeyd edib .

Onun firkincə, dövlətin idarəetməsində olan `bütün şirkətlər bərbad gündədir, korrupsiya, “otkat” və “şapka” yuvasıdır`.

“Bu açıq və qapalı səhmdar cəmiyyətlər ya tam, ya da qismən özəlləşdirilməli, ya da uzunmüddətli müqavilələr ilə normal özəl şirkətlərə idarəetməyə verilməlidir. Amma müqavilələr hər addımbaşı pozulmamalı, biznesə qanuni güvən verilməli, ədalətli məhkəmə sistemi təsis edilməlidir” , Cəfərli yazır.

Azərenerji: Yazılanlar Natiq Cəfərlinin şəxsi fikirləridir

“Azəreenrji” ASC-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən Amerikanın Səsinə bildiriblər ki, yazılanlar Natiq Cəfərlinin şəxsi fikirləridir.

“Biz onun şəxsi fikirlərinə cavab vermək məcburiyyətində deyilik” , İctimaiyyətlə Əlaqələr Mərkəzinin əməkdaşı qeyd edib.

Xatırladaq ki, "Azərenrji" ASC-nin maliyyə hesabatını rəsmi saytına yerləşdirib.

İlham Şaban: Azərenerji yanacağın pulunu belə vaxtlı-vaxtında ödəmək durumunda deyil

İlham Şaban
İlham Şaban

“Neft Araşdırmaları” Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə müsahibəsində bildirib ki, “Azərenerji”nin dotasiya ilə işləməsinin səbəbi `pis idarəçilikdir`.

İlham Şaban: Elektrik enerjisinin istehsalında ən böyük çatışmamazlıq idarəçilikdədir
please wait

No media source currently available

0:00 0:02:04 0:00

Ekspertin dediyinə görə, bütün elektrik stansiyalarının tikintisi ya dövlət büdcəsindən, ya da qismən kredit hesabına maliyyələşdirilir.

“Azərenerji”nin maliyyə vəziyyəti nəinki elektrik stansiyaları tikmək üçün bəs edəcək durumdadır, Azərbaycan Dövlət Neft Şirkətindən aldığı yanacağın pulunu belə vaxtlı-vaxtında ödəmək durumunda deyil. Hətta beş il öncə “Azərenerji”nin yanacaqla bağlı yaranmış bir milyard manata yaxın borcu dövlət tərəfindən silinib. Bu şirkət indi də yanacağı kommersiya qiyməti ilə almır,” o qeyd edib.

Pis idarəşiliyi "Azərenrji”nin keçmiş prezidenti Etibar Pirverdiyevin timsalında gördük
İlham Şaban, ekspert

O “Azəreneji”də elektrikin istehsalında məhsuldarlığlın aşağı olduğunu deyib.

“Yəni faydalı iş əmsalı çox aşağıdır. Nümunə üçün deyim ki, qonşu Türkiyədə, Avropa ölkələrində şirkətlər kommersiya qiymətinə yanacaq alırlar, işçilərinə yüksək əmək haqqı verirlər, elektrik stansiyaları tikirlər, mənfəət əldə edirlər, mənfəətdən səhmdarlarına divident verirlər, amma dövlətdən dotasiya almırlar. Pis halda kredit götürürlər.”

Ekspert hesab edir ki, Azərbaycanda elektrik enerjisinin istehsalında “ən böyük çatışmazlıq idarəçilikdədir”.

“Azərenrji”nin keçmiş prezidenti Etibar Pirverdiyevin (o 2018-ci ildə istilik elektrik stansiyasında baş verən qəzadan sonra vəzifəsindən azad edilib-red) timsalında bunu gördük” , o qeyd edib.

Bir il əvvəl, 2018-ci ilin iyulun 2-dən 3-nə keçən gecə Mingeçevirdəki “Azərbaycan” İstilik Elelktrik Stansiyasının transformatorunda baş verən qəza nəticəsində ölkənin elektrik enerjisi sistemində böhran yaşanıb.Qəza nəticədə ölkənin əksər yerlərində elektrikin verilməsi dayanıb. Yalnız iyulun 3-də Bakıda və ölkənin bölgələrində elektrik verilişinin tədricən bərpa edilib.

Azərenerji: Enerjiyə tələbat çoxalıb

Elektrik ötürücü məntəqəsi
Elektrik ötürücü məntəqəsi

“Azərenerji”nin iyulun 3-də yaydığı məlumatda deyilir ki, bu ilin 6 ayı ərzində elektrik enerjisinə tələbat çoxalıb və istehsal da, ixrac da artırılıb.

Məlumata görə 2019-cu ilin birinci yarısında “Azərenerji” ASC tərəfindən xarici dövlətlərə 648 milyon kVts elektrik enerjisi ixrac edilib ki, bu da ötən ilin birinci yarım ili ilə müqayisədə 24 milyon kVts çoxdur.

“Ötən ilin birinci yarım ili ilə müqyisədə elektrik enerjisinin istehsalı da artırılıb, belə ki, 2019-cu ilin arxada qalan birinci yarım ili ərzində 11.544 milyard kVts elektrik enerjisi istehsal edilib. Bu isə ötən ilin birinci yarım ili ilə müqayisədə 521 milyon kVts çoxdur”, məlumatda vurğulanır.

Qurum bildirir ki, 2018-ci ilin birinci yarım ili ilə müqayisədə 2019-cu ilin birinci yarsında elektrik enerjisinə tələbat 586 milyon kVts artıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG