Accessibility links

Ərdəbil şəhər nəqliyyatının sabiq müdiri və 3 məmuruna həbs və şallaq cəzası verilib


Ərdəbil məhkəməsi şəhər nəqliyyatı şirkətinin sabiq müdiri daxil olmaqla, şirkətin 4 məmurunu həbs və şallaq cəzasına məhkum edib.

İranın dövlət agentliyi İRNA-ya istinadən, müdir və 3 məmur həmçinin müvəqqəti olaraq vəzifədən uzaqlaşdırma cəzası alıblar.

Ərdəbil Ədliyyə İdarəsinin rəisi Nasir Ətəbatinin mətbuata verdiyi açıqlamalara əsasən, bu şəxslər “dövlət mülkiyyətini israf etməkdə iştirak”, “dövlət mülkiyyəti və fondlarını qanunsuz şəkildə ələ keçirmək” və “rüşvət almaq” ittihamları ilə mühakimə ediliblər.

Ətəbatinin bildirdiyinə görə, şəhər nəqliyyatı şirkətindəki qanunsuz fəaliyyətlər məhkəmə qurumu və İslam İnqilabı Qvardiyasının (Sepah) kəşfiyyat şöbəsinin əməkdaşlığı ilə aşkar olunub.

Son bir neçə ildə İran Azərbaycanı və ölkənin digər bölgələrində bələdiyyələr və bir çox dövlət qurumlarında korrupsiya və maliyyə pozuntuları ilə əlaqədar həbslər baş verib.

XS
SM
MD
LG