Accessibility links

Eurovision 2013 – Azərbaycan ikinci olub (video)


Fərid Məmmədov Eurovision-2013-wn finalında
Fərid Məmmədov Eurovision-2013-wn finalında


Mayın 18-də İsveçin paytaxtı Malmoda keçirilən Eurovision-2013 mahnı müsabiqəsində Azərbaycan təmsilçisi Fərid Məmmədov ikinci yeri tutub.

Mahnı müsabiqəsinin finalında 26 ölkə çıxış edib.

Müsabiqənin qalibi Danumarka 276 xall toplayıb. Azərbaycan 234 xalla ikinci, Ukrayna 214 xalla üçüncü yeri tutub.

Fərid Məmmədov finalda "Hold Me" mahnısı ilə çıxış edib. Azərbaycan finalda ən çox yüksək bal – 12 bal toplayan ölkədir. 10 ölkə 12 balını Azərbaycan təmsilçisinə verib.

Azərbaycana ən yüksək xal verən ölkələr bunlardır:

Avstriya – 12
İsrail -12
Macarıstan -12
Bolqarıstan- 12
Rusiya – 12
Malta- 12
Yunanıstan – 12
Monteneqro – 12
Gürcüstan – 12
Litva- 12
Ukrayna -10
Rumıniya – 10
Belarus – 10
Moldova – 8
Fransa – 8
Kipr – 8

“Eruovision 2014” yarışması Danimarkada keçiriləcək.
XS
SM
MD
LG