ADP Gənclər Təşkilatının fəalı Rəsul Mürsəlov siyasi sifarişlə həbs edilib. Fevralın 27-də RATİ-nin Media Mərkəzində Rəsul Mürsəlovun hüquqlarını ictimai müdafiə komitəsinin keçirdiyi mətbuat konfransında səslənən başlıca fikir belə olub. Mətbuat konfransında çoxsaylı siyasi partiyaların təmsilçiləri, hüquq müfadafiəçiləri iştirak ediblər.
Müxalifətin təşkil etdiyi etiraz aksiyalarında fəal iştirak edən Rəsul Mürsəlov 2012-ci il iyulun 18-də Balakən rayonunun Çölçü kəndində babasıgildə ikən tutulub. O, yay aylarında Türkiyədən olan dostu Alirza Kutlu ilə əvvəlcə Bakıdan Zaqatala rayonundakı evlərinə gedib. Sonra isə valideynlərinin xahişi ilə Balakən rayonunun Gürcüstanla sərhəddə yerləşən Çölmü kəndində yaşayan babasına baş çəkib.
“O, Çölçü kəndində türkiyəli dostu ilə birgə Sərhəd Xidmətinin əməkdaşları tərəfindən tutulub. Balakən rayon Məhkəməsinin hökmü ilə oktyabrın 19-da Cinayət Məcəlləsinin 318.2 maddəsi (sərhəddi pozma, qrup şəklində sərhəddi pozub keçmə) ilə günahlandırlaraq, hər iki dost 1 il 6 ay azadlıdan məhrum edilib”, deyə ADP Gənclər Təşkilatının sədri Cəmil Hacıyev bildirib.
C.Hacıyevin sözlərinə görə, R.Mürsəlov və dostu sərhəddi pozmayıb. Onlar kənddə olarkən sərhədçilər tərəfində saxlanıb.
“Azərbaycanla Gürcüstan arasında hər-hansı sərhəd qurğusu qurulmayıb. Hətta yerli əhali belə sərhəddin haradan keçdiyini dəqiq bilmir. Məhkəmənin baxışı ilə yanaşsaq, kimsə bilmədiyi səhədd xəttini keçsə həbs edilməlidir”, deyə hüquq müdafiəçisi Ələkbər Məmmədli bildirib.
Mətbuat konfransında həmçinin Füzuli küçəsində evlərin Mirzağa Əliyev küçəsində evlərinin uçurulmasına etiraz etdikdən sonra narkotik ittihamı ilə həbs edilmiş İlqar Rzayevin hüquqlarını ictimai müdafiə komitəsinin üzvləri hər iki fəalı “Eurovision məhbusu” adlandırıb.
“Hər iki fəal Eurvision mahnı müsabiqəsinə görə həbs edilib. Rəsul Mürsəlov mahnı müsabiqəsi ərəfəsində “Demokratiua naminə oxu” kampaniyasının fəal iştirakçlısı olub, İlqar Rzayev isə Eurovision ərəfəsində evlərin uçurulmasına etiraz edib. Öz evini də uçurublar”, - deyə Şirinbacı Rzayeva bildirib.
O, İlqar Rzayevin anasıdır və hazırki rejimi vaxtı ilə müdafiə etdiyini deyib. “Amma bu rejim mənim 50 ilə qurduğum evimi, ailəmin gülüşünü əlindən alıb. Artıq mənim ailəm bu rejimə, hüquq-mühafizə orqanlarına, məhkəmələrə inanmır və müraciət etmir. Ümidimiz yalnız Allaha qalıb. “Allah gec edir, güc edir. Arzulayıram ki, Allah bu rejimin qəlbinə dönüb xalqa xidmət etmək fikri gətirsin”, deyə ana qeyd edib.
Hüquq müdaiəçiləri, siyasi partiya təmsilçiləri və gənclər təşkilatları bundan sonra Rəsul Mürsəlov və İlqar Rzayevin hüquqlarını birgə müdafiə edəcəkləri barədə razılığa gəlib. Birgə Müdafiə Komitəsi sifarişlə həbs edilmiş hər iki şəxsin müdafiəsinə dəstək məqsədi ilə ictimiayyətə, hüquq müdafiə təşkilatlarına və diplomatik nümayəndəliklərə müraciətlər ünvanlayacaq.