Accessibility links

Fransada hücum planlaşdırmaqda şübhəli bilinən beş çeçen həbs edilib


France terror
France terror

Polis Fransanın cənubunda Montpelyer və Beziyers şəhərlərində hücum planlaşdırmaqda şübhəli bilinən beş çeçeni həbs edib. Yerli Midi Libre qəzetinin verdiyi məlumata görə, Beziyers yaxınlığında stadionda partlayıcılarla dolu gizli silah anbarı tapılıb.

Polisin detalları daha sonra açacağı gözlənilir.

Bu arada, Fransanın Baş naziri Manuel Valls müxbirlərə deyib ki, Parisdə bu ayın əvvəli baş vermiş hücumlar ölkədə “coğrafi, sosial və etnik apartheid” i üzə çıxarıb. “Bəzi şəhərlərin ətraflarında, gettolarda tənəzzül mənim hələ 2005-ci ildə dediyim kimi bu ölkədə yaranmış coğrafi, sosial və etnik apartheiddir. Sosial yoxsulluğa hər gün ayrı-seçilik əlavə edilir, çünki adınız, dərinizin rəngi düzgün deyil, ya da ki siz qadınsınız. Məni tanıyırsınız, mən bəhanə axtarmıram, amma biz ölkəmizin reallığına da nəzər salmalıyıq”-deyə o bildirib.

Fransada bu ayın əvvəli Charlie Hebdo satirik jurnalın redaksiyası və yəhudi super marketinə silahlı şəxslər də daxil olmaqla 20 adamın ölümülə nəticələnmiş hücumlardan sonra təhlükəsizlik tədbirləri gücləndirilib.

XS
SM
MD
LG