Fransadasosial ədalət uğrunda mübarizə aparan “sarı jiletlilər” hərəkatının kütləvi etirazları zamanı ölənlərin sayı 10-a çatıb.
Növbəti faciə 21 dekabr tarixində Perpinyan şəhərinin yaxınlığında baş verib. Etirazçıların yolu bağlaması nəticəsində 36 yaşlı sürücü yol ayırıcında yük maşını ilə toqquşub.
Minlərlə “sarı jiletlilərin” iştirak etdiyi nümayişlər hökumətin avtomobil yanacağının bahalaşmasına gətirib çıxaracağı vergi niyyətinə etiraz olaraq, noyabr ayının ortaları başlayıb. Etirazçıların əsas tələblərindən biri minimal əmək haqqının artırılmasıdır.
Hökumətin verginin arıtırılması niyyətindən imtina etməsinə baxmayaraq, etirazçılar nümayişləri davam etdirir. “Sarı jiletlilər” bütövlükdə hökumətin və prezident Emmanuel Makronun islahatlarına etiraz edirlər.
Makron minimal əmək haqqını 100 avro məbləğinda artırılması, artıq işə görə vergi tətbiqinin ləğvini və azgəlirli vətəndaşların vəziyyətini yaxşılaşdırmaq məqsədi daşıyan digər tədbirlərin görüləcəyini vəd edib.
Nümayiş iştirakçılarının sayı azalsa da, etirazlar davam edir.