Accessibility links

Freedom House Avropa İttifaqını Azərbaycan rəsmilərinə sanksiya tətbiqinə çağırır


A Power Ranger balloon cruises along Central Park West during the Macy's Thanksgiving Day Parade, in New York.
A Power Ranger balloon cruises along Central Park West during the Macy's Thanksgiving Day Parade, in New York.

Təşkilat prezident seçkilərinin Azərbaycan hakimiyyətinə etimadın itməsinə səbəb olduğunu bildirir

Azərbaycanda keçirilən prezident seçkilərindəki kütləvi saxtakarlıq, söz və toplaşmaq azadlıqlarının məhdudlaşdırılması bu ölkənin hakimiyyətinə etimadın tamamilə itirilməsinə gətirib çıxarıb.

Bu baxımdan Freedom House Avropa İttifaqını 2013-cü ilin noyabrında Vilnusda keçiriləcək Şərq Tərəfdaşlığı Sammitində demokratiya və insan haqlarını prioritet hesab edərək, Avropaya sadələşdirilmiş viza rejimi ilə bağlı aparılan danışıqların Azərbaycan rəsmilərinə şamil edilməməsinə çağırır. Bu barədə Freedom House-nin bəyanatında deyilir.

Freedom House bəyanatında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna, Azərbaycanın yeli hüquq müdafiəçilərinə istinad edir.

“Hakimiyyətin müstəqil KİV-ə, vətəndaş cəmiyyətinə, siyasi fəallara və müxalifətin namizədinin tərəfdarlarına qarşı repressiyaları azad və ədalətli seçkini mümkünsüz edir”, sənəddə qeyd edilir.

Mərkəzi Seçki Komissiyasının səsvermə günündən bir gün əvvəl seçkilərin nəticələrini açıqlayaraq İlham Əliyevi qalib elan etməsi fırıldaqçılıqla bağlı narahatlığı daha da gücləndirdi. Belə seçkilərin keçirilməsi Azərbaycan hakimiyyətinin beynəlxalq öhdəliklərinə olan hörmətsizliyinin ifrat göstəricisidir”, Freedom House-nin prezidenti Devid Kramer deyib.

“Əliyevin “qələbəsi” onun legitimliyini və imicini tamamilə darmadağın etdi”, Kramer qeyd edib.

Rəsmi Bakı seçkilərin azad, ədalətli, şəffaf və demokratik keçirildiyini bəyan edir. Rəsmilər seçkiləri 50 mindən çox, o cümlədən 1200-dən çox beynəlxalq müşahidəçinin izlədiyini bildirir. Azərbaycan rəsmiləri ATƏT/DTİHB-nin və Amerika Dövlət Departamentinin seçkilərin beynəlxalq standartlara cavab verməməsi barədə bəyanatlarını qəbul etmir.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski Rusiyanın hücumu fonunda Xarkivə səfər edib
please wait

No media source currently available

0:00 0:12:03 0:00
XS
SM
MD
LG