Accessibility links

Yasəmən Qaraqoyunlu: Güney Azərbaycan parlamenti və mühacir hökuməti yaradılmalıdır [Video-Müsahibə]


Güney Azərbaycan parlamenti və mühacir hökuməti yaradılmalıdır
please wait

No media source currently available

0:00 0:06:25 0:00

Güney Azərbaycan parlamenti və mühacir hökuməti yaradılmalıdır

Müsavatçılıq təkcə quzeyin deyil, Güney Azərbaycan Milli Hərəkatının da əsas ideologiyası olmalıdır

Azərbaycan Milli Elmlər Akademiyasının elmi işçisi, Bütöv Azərbaycan Hərəkatının rəhbəri Yasəmən Qaraqoyunlu Amerikanın Səsinə müsahibəsində Güney Azərbaycan Milli Hərəkatının problemləri, Azərbaycan dövlətinin Güney Azərbaycan siyasəti, mühacir hökumət və parlamentin yaradılmasının vacibliyindən danışıb.

Sual: İranda yaşayan azərbaycanlıların milli hərəkatının əsas problemləri nədir? İranda bu il prezident seçkiləri keçiriləcək.

Ən önəmlisi ortaq platformanın yaradılmasıdır.
Cavab: Azərbaycan Milli Hərəkatı getdikcə təşkilatlanmaqdadır. Amma bu təşkilatlar və liderlər arasında sıx iş birliyi çox azdır. Milli təşkilatların hələ də konkret ortaq platforması, taktik, strateji proqramları yoxdur.

Ən önəmlisi ortaq platformanın yaradılmasıdır. Hesab edirəm ki, milli hərəkat birinci bu işlə məşğul olmalıdır. İkincisi, Azərbaycan Milli Hərəkatının türkmən, qaşqay bölgələri ilə iş birliyi yoxdur. Güney Azərbaycanın bu davasında türkmən və qaşqaylar da bizimlə olmalıdır. Təcili birgə konfranslar çağırılmalıdır, onların
İran daxilində təkcə Güney Azərbaycan problemi deyil, türkmən, qaşqay problemi də var deyə beynəlxalq aləmə səs salınmalıdır.
liderləri dünyada tanıdılmalıdır.

İran daxilində təkcə Güney Azərbaycan problemi deyil, türkmən, qaşqay problemi də var deyə beynəlxalq aləmə səs salınmalıdır.

Sual: Problemin aradan götürülməsi üçün Güney Azərbaycan parlamentinin yaradılması ilə bağlı bəyanatlar səslənir. Güney Azərbaycanla bağlı təşkilatların bir parlamentdə birləşib mübarizə aparması real deyilmi?

Cavab: Bu hətta gecikmiş bir addımdır. Hesab edirəm ki, Güney Azərbaycan beynəlxalq problemə çevrildikcə hər bir təşkilat ayrılıqda beynəlxalq təşkilatlarla danışa bilməz. Güney Azərbaycan parlamenti də, mühacir hökuməti də yaradılmalıdır. Yaradılan hökumət Güney Azərbaycanla bağlı danışıqlarda əsas
Güney Azərbaycan parlamenti də, mühacir hökuməti də yaradılmalıdır.
söz sahibi olmalıdır. Bu da həmin partiyaların birgə hərəkatını və ortaq platformasının yaradılmasını önə sürür. Mühacir hökumət, parlament olarsa, o özü ortaq platforma, taktik, strateji addımları müəyyən edəcək. Parlament və hökumət çox tezliklə yaradılmalıdır.

Sual: Ortaq platforma necə olmalıdır? Əsas ideoloji siyasət sahələri, ideoloji istiqamətləri nə olmalıdır?

İndi əsas ağırlıq salan qanad Güney Azərbaycan istiqlalını dəstəkləyənlərdir.
Cavab: Birinci ortaq platforma nəyə görə lazımdır? Güney Azərbaycan Hərəkatında iki başlıca fikir var. Bir, türklər mərkəzi hakimiyyəti ələ almalıdır. Tarix boyu bu dövləti, bu çoğrafiyanı biz idarə etmişik. Biz səfəvi və qacarların varisiyik. Bütün İranda türklərin hakimiyyəti bərpa olunmalıdır.

İkinci, güneyin istiqlalı məsələsidir. Yəni bütün İran imperatorluğuna bizim hakim olmağımız 21-ci əsrdə qeyri-mümkündür. Bu bizi uçuruma aparır. Qacarlar dövründə milli enerjimiz getdi, farslar yararlandı və s. Arqumentlər çoxdur.

İndi əsas ağırlıq salan qanad Güney Azərbaycan istiqlalını dəstəkləyənlərdir. Hesab edirəm ki, ortaq qanad dedikdə hər iki qanadın birləşərək birgə hərəkət etməsidir.

İdeoloji məsələ müsavatçılıqdır.
İdeoloji məsələ müsavatçılıqdır. Müsavatçılıq təkcə quzeyin deyil, Güney Azərbaycan Milli Hərəkatının da əsas ideologiyası olmalıdır. Hətta Bütöv Azərbaycan Birliyi yarananda, onun ilk proqramı hazırlananda Əbülfəz Elçibəylə də bu məsələni müzakirə etmişik.

Nədir müsavatçılıq? - türkləşmək, müasirləşmək, islamlaşmaq. Hesab edirəm ki, bu yaxın yüz ilin ən böyük siyasətidir. Burada müasirləşmək insan haqları, demokratiya, qərb-şərq mədəniyyətlərinin sintezidir. Bu Azərbaycanın tarixində, geopolitik coğrafiyasındakı durumundan asılı olan bir ideologiyadır.

Sual: Azərbaycan Respublikasının İranda yaşayan azərbaycanlılarla bağlı siyasəti varmı, dövlət səviyyəsində belə bir siyasət platformasının olması görünürmü? Reallıqda necə, Azərbaycan hökumətinin hərəkətləri buna istiqamətlənibmi?

Cavab: Hesab edirəm ki, Azərbaycan hökuməti diaspor komitəsi yaratmaqla,
Biz hal-hazırda millətləşmə prosesini keçiririk.
belə görüntü yaradır ki, guya bu hökumət güney və diaspor məsələsi ilə məşğuldur. Amma məsələləri təhlil etdikdə görürük ki, hökumətin konkret heç bir proqramı yoxdur. Məsələn, bu hökumətin Azərbaycanın ideoloji məsələləri ilə bağlı yeritdiyi siyasət Azərbaycanda bir kimlik böhranı yaratmaqdadır.

Biz hal-hazırda millətləşmə prosesini keçiririk. Quzey Azərbaycan dövlətində Türk dili adının götürülərək Azərbaycan dili elan olunması güney hərəkatına çox böyük bir zərbə deməkdir. Çünki güneylilər özlərini türk, dillərini Türk dili bilir.

Quzey Azərbaycan dövlətində Türk dili adının götürülərək Azərbaycan dili elan olunması güney hərəkatına çox böyük bir zərbə deməkdir.
Azərbaycan milləti ola bilməz, coğrafiyanın adı ilə millət adlandırıla bilməz. Türkük, dilimiz türk dilidir, vətənimiz isə Azərbaycandır. Dövlətin humanitar siyasətində, akademik siyasətində Azərbaycanda türkləşməklə azərbaycançılıq və türkçülük ideologiyaları arasında bir alternativ ideologiya kimi təbliğ etmək siyasəti var. Bu böyük Azərbaycanın kimlik probleminə çəkmək siyasətidir.

Azərbaycançılıq coğrafiyaya və Azərbaycan dövlətinə bağlılığı ifadə edir, türkçülüyə gəldikdə isə bu dövləti quran dominat etnos türkdür. Bunlar bir-birinə alternativ ideologiya deyil, bir-birini tamamlayan ideologiyalardır. Türk millətinə söykənən
Azərbaycan türklərinin birliyinə uyğun bir siyasət müəyyənləşdirilməlidir.
Azərbaycan mərkəzli baxış ortaya qoyulmalıdır.

Amma dövlətin humanitar siyasəti bir çaşqınlıq yaratmaqdadır. Ona görə, hesab edirəm ki, dövlətin elə bir ciddi siyasəti yoxdur. Azərbaycan dövləti güneylə birləşməni nəzərə alaraq humanitar siyasətini dəyişməlidir. Azərbaycan türklərinin birliyinə uyğun bir siyasət müəyyənləşdirilməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG