Accessibility links

Hakimə atılan ayaqqabı


ayaqqabı
ayaqqabı

Dindar Abgül Süleymanovun məhkəməsində hakimin qərarına etiraz olaraq ayaqqabı atıblar

Yanvarın 23-də Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ruhani Abgül Süleymanovun apellyasiya şikayəti təmin olunmayıb.

Vəkil Anar Qasımlı Amerikanın Səsinə deyib ki, prosesdə Abgül Süleymanov barədə Bakı Ağır Cinayətlər Məhkəməsində verilən hökm qüvvədə saxlanıb. Vəkil bununla bağlı artıq növbəti instansiyalara müraciət edəcəyini bildirib.

Proses zamanı qərara etiraz edən dindarlardan biri hakimə ayaqqabı atıb.

Abgül Süleymanov 2011-ci ilin avqustunda həbs olunub. O, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə, narkotik və odlu silah saxlamada təqsirli bilinərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2012-ci ilin avqustunda çıxardığı hökmlə 11 il müddətinə azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG