Accessibility links

Fransa Arif Yunusun həbsindən narahatdır


Arif Yunus
Arif Yunus

Fransa Xarici İşlər və Beynəlxalq İnkişaf nazirliyinin sözçüsü bəyanatla çıxış edib

“Fransa iyul ayının 30-da həbs edilmiş insan hüquqları üzrə fəal xanım Leyla Yunusun həyat yoldaşı cənab Arif Yunusun barəsində həbs-qətimkan tədbirinin seçilməsinə təəssüf edir”. Bu barədə Fransa Xarici İşlər və Beynəlxalq İnkişaf nazirliyinin sözçüsünün bəyanatında deyilir.

Sənəddə həmçinin Fransanın müdafiə və insan hüquqlarına hörmətə sədaqətli olduğu xatırladılır.

Leyla Yunusa qarşı dövlətə xəyanət (274-cü maddə), vergi ödənişindən yayınma (213-cü maddə), qanunsuz sahibkarlıq (192-ci maddə), sənədlrin saxtalaşdırılması (320-ci maddə), böyük ölçüdə fırıldaqçılıq (178.3.2) ittihamlar irəli sürülüb.

Nəsimi rayon məhkəməsi Leyla Yunus barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Arif Yunusa qarşı isə 274 və 178.3.2-ci maddələrlə ittiham irəli sürülüb. Əvvəlcə məhkəmə onun barəsində polis nəzarətinə götürülməsi barədə qərar çıxarsa da sonradan avqustun 5-də barəsində 3 aylıq həbs qəti imkan seçib.

Yunuslar onlara qarşı irəli sürülən ittihamları rədd edir.

XS
SM
MD
LG