Urmiyə Gölü və ətrafında çəkilmiş “Gəmiçi” filmi iyun ayının 3-dən 12-dək keçiriləcək Bruklin Film Festivalında nümayiş etdiriləcək.
Rejissoru Məcid İsmayıli Parsa olan Gəmiçi filminin mövzusu əsasən uşaqlar və yeniyetmələr ilə bağlıdır və Urmiyə Gölü ətrafında cərəyan edən ekoloji fəlakətə də diqqət yetirmişdir.
İranın rəsmi dövlət agentliyi İRNA film haqqında belə yazıb:
“Filmin adı türkcədir və atasının Urmiyə Gölündə saya oturmuş gəmisini bərpa etməyə çalışan Həsən adlı bir yeniyetmənin hekayəsi və onun üzləşdiyi çətinlikləri anladır. Filmin əksər səhnələri həmin gəmi daxilində çəkilmişdir.”