Accessibility links

Həmid Mənafi İranın Luristan vilayətinə sürgünə göndərilib


Bir il həbsdən sonra şərti azadlıq qərarı ilə sərbəst buraxılan türk dil haqları fəalı Həmid Mənafi Nadarlı iki illik sürgün cəzasını çəkmək üçün İranın Luristan vilayətinə göndərilib.

Milli fəal öz İnstagram səhifəsində Luristan vilayətinin Əzna şəhərinə getdiyini bildirib.

Həmid Mənafi dil hüquqları uğrunda fəaliyyətlərindən dolayı Behnam Şeyxi Samanlı və Əlirza Fərşi ilə bərabər 2 il həbs və əlavə olaraq ölkənin türk əhalisi olmayan bölgələrində 2 il sürgün cəzasına məhkum edilmişdilər. O, həbs cəzasını çəkmək üçün keçən ilin iyul ayının 21-də Evin həbsxanasına göndərildi.

Mənafi bir neçə digər fəalla bərabər 2014-cü ilin fevral ayında Tehran vilayətinin Baharistan şəhərində Dünya Ana Dili Gününü qeyd etdikləri zaman nəzarət altına alınmışdı.

O, 2015-ci ilin aprel ayında Amerikanın Səsinə müsahibədə nəzarət altına alındıqları zaman, habelə daha sonra təhlükəsizlik qurumunda saxlanıldıqları günlərdə işgəncə və pis rəftara məruz qaldıqlarını bildirmişdi.

2017-ci il 21 fevralda Baharistan şəhərinin İnqilab Məhkəməsi Həmid Mənafi, Behnam Şeyxi Samanlı və Əlirza Fərşiyə 10 ildən 15 ilə qədər həbs və 2 il sürgün cəzası verdi. Lakin Tehran vilayətinin Apellyasiya Məhkəməsi 2019-cu ilin dekabr ayında fəalların hökmünü 2 il həbs və 2 il sürgün cəzası olaraq dəyişdirdi.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG