Accessibility links

Azərbaycan Ordusu irimiqyaslı təlimlərə başlayıb [Fotoqalereya]


Silahlı Qüvvələr irimiqyaslı əməliyyat-taktiki təlimlərinə başlayıb
Silahlı Qüvvələr irimiqyaslı əməliyyat-taktiki təlimlərinə başlayıb

Təlimlərə 15.000 şəxsi heyət cəlb edilib

Prezident İlham Əliyevin tapşırığına əsasən fevralın 2-də müdafiə naziri Zakir Həsənov və müdafiə nazirinin birinci müavini Nəcməddin Sadıkovun rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növlərinin cəlb olunması ilə irimiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə təlimlərə 15.000 nəfərədək şəxsi heyət, 300-dək zirehli texnika, raket və artilleriya qoşunlarının 200-dən artıq qurğusu, Hərbi Hava Qüvvələrinin 20-dək aviasiya vasitəsi, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə hava hücumundan müdafiə bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket birləşmələri cəlb edilib.

Ali Baş Komandanın göstərişinə əsasən təlimlər zamanı birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsinin yoxlanılması məqsədilə ehtiyatda olan 5.000 nəfərədək hərbi vəzifəli və 300-ə yaxın avtomobil texnikası təlimdə iştirak edir.

Mətbuat xidməti təlimlərin harada keçirildiyi və nə vaxtadək davam edəcəyi barədə məlumat vermir.

XS
SM
MD
LG