Accessibility links

Müdafiə naziri Rumıniyaya səfər edəcək


Səfər Rumıniya Milli Müdafiə naziri Mirça Duşanın dəvəti ilə baş tutacaq

Müdafiə naziri Zakir Həsənov avqustun 27-də Rumuniyaya səfər edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə səfər Rumıniya Milli Müdafiə naziri Mirça Duşanın dəvəti ilə baş tutacaq.

Səfər çərçivəsində keçiriləcək görüşlərdə ikitərəfli hərbi əməkdaşlıq və qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirə ediləcəyi planlaşdırılır.

Səfər avqustun 28-dək davam edəcək.

XS
SM
MD
LG