Accessibility links

Cəbhədə gərgin döyüş


Hərbi təlim
Hərbi təlim

Ölənlər var

Martın 19-da cəbhədə baş vermiş döyüş toqquşma nəticəsində müdafiənin ön xəttində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitləri Ermənistan Silahlı qüvvələrinin 20-dək hərbi qulluqçusunu öldürüb.

Müdafiə Nazirlyinin mətbuat xidmətinin məlumatına görə, cəbhədəki döyüş barədə təsdiqedici materiallar əlavə olaraq təqdim ediləcək.

Müdafiə naziri Zakir Həsənov cəbhədə son zamanlar baş verən gərginliklə bağlı bu gün tank bölmələrinin qarşısında çıxışında deyib ki, özgə torpağına soxulub və sağ-salamat qalmağın yeganə yolu işğal olunmuş Azərbaycan ərazilərini tezliklə və birdəfəlik tərk etməkdir.

“Əks təqdirdə düşmənin cəbhədəki hər bir hərəkətinin qarşısı hərbi qulluqçılarımız tərəfindən daha amansız alınacaq, vurulacaq zərbə isə ölümcül olacaqdır”, nazir qeyd edib.

Ermənistan tərəfi də cəbhə xəttində insidentin olmasını təsdiqləyib.

Belə ki qarşı tərəfin veb saytları rəsmi mənbələrə istinadən 3 hərbçinin öldürüldüyünü yazır.

XS
SM
MD
LG