Accessibility links

Azərbaycan alpinistləri Himalaya qalxacaq


Himalay dağları
Himalay dağları

Alpinistlər Nanqa Parbat zirvəsini (8125 m.) fəth edəcək

İyunun 3-də Azərbaycan tarixində ilk dəfə olaraq Himalay ekspedisiyasına start verilib. Alpinizm üzrə Azərbaycan milli komandasının üzvləri Pakistana yola düşüblər. Məqsəd Nanqa Parbat zirvəsini (8125 m.) fəth etməkdir.

Buna qədər idmançılarımız müxtəlif beynəlxalq ekspedisiyaların tərkibində altı dəfə Himalaya yürüş ediblər.

Alpinizm Federasiyasının məlumatında deyilir ki, komandanın tərkibinə Himalay təcrübəsinə malik alpinistlər İsrafil Aşurlı, İsmayıl Əsgərov və Rüfət Qocayev daxildir. Komanda Diamerskoy divarı üzrə Kinşofer marşrutunu dəf etməyi planlaşdırır.

Nanqa Parbat dünyada hündürlüyünə görə doqquzuncu zirvədir. Pakistan ərazisində yerləşən bu dağ Qərbi Himalayın ən hündür zirvəsi hesab edilir. Bu dağ alpinistlər üçün ən sərt dağlardan biri hesab edilir. Uzun müddət bura bütün alpinistlər üçün ən təhlükəli yer hesab olunub. Sanskrit dilindən tərcümədə "dəhşətli çılpaq dağ” deməkdir.

“Bu, böyük hadisədir. Belə ki, Himalaya ilk milli ekspedisiyadır və Azərbaycan alpinizmində yeni səhifədir”, - Alpinizm Federasiyasının vitse-prezidenti Saridan Mursaqulov bildirib.

“Ötən ildən biz bütün çətinliklərə və maneələrə baxmayaraq, əzmlə beynəlxalq səviyyəyə çıxdıq. Fəxr edirəm ki, komandanın iki üzvü mənim rəhbərlik etdiyim Həmkarlar İttifaqları Alpinizm-Turizm Klubunun üzvləridir. İnanırıq ki, uşaqlar öz işlərini layiqincə yerinə yetirəcək və zirvəyə Azərbaycanın bayrağını sancaraq vətənə qayıdacaqlar. Bu ekspedisiya bizim alpinizmi məhv etdiyimizi bildirən insanlara cavabımızdır”, - S.Mursaqulov bildirib.
XS
SM
MD
LG