Bu ərazi 1997-ci ilin iyulundan bəri müxtəli kəskin siyasi, iqtisadi və hətta tibbi böhranlardan keçib. Son dövrlər isə Honq Konqda demokratiya hərəkatı daha da fəallaşıb.
Honq Konq fotolarda: 1997-2017
5
Daşınmaz əmlakın qiymətinin sürətlə artımı nəticəsində minlələ Honq Konq sakini kiçik “qəfəs evlər”ə köçmək məcburiyyətində qalıblar. 16 iyul, 2008.
6
Fəallar Honq Konqun Viktoriya parkında şam yandırırlar. 4 iyun, 2009. Bu yolla onlar Pekinin Tyanmen meydanında öldürülən minlərlə demokratiya fəalını yad ediblər.
7
Nümayişçiləri sakiləşdirmək üçün Üsyan Polisinin istifadə etdiyi gözyaşardıcı qazın atılmasından sonra etirazçılardan biri çətirlər qaldırır. 28 sentyabr, 2014. Kütləvi etirazlar zamanı Honq Konq liderinin demokratik seçkilər vasitəsilə seçilməsi tələb olunurdu. Çətirlər həmin etirazların rəmzi idi.
8
Honq Konq azarkeşləri “Honq Konq Çin deyil” şüarı qaldırırlar. 17 noyabr, 2015. Bu foto 2018 Dünya Kuboku seçmə mərhələsi zamanı Honq Konq və Çin arasında keçirilən oyun zamanı çəkilib.