Accessibility links

Hüseyn Paşayi: İranın siyasəti nüvə danışıqlarını uzatmaq yönündədir


Hüseyn Paşayi
Hüseyn Paşayi

İran və dünya qüdrətləri arasında 2015-ci ildə əldə olunan nüvə sazişinin canlandırılması üzrə danışıqların səkkizinci raundu dekabrın 27-də Vyanada başlayıb. Siyasi ekspert Hüseyn Paşayi Amerikanın Səsi ilə söhbətdə müzakirə prosesini şərh edib.

Hüseyn Paşayi: İranın siyasəti nüvə danışıqlarını uzatmaq yönündədir
please wait

No media source currently available

0:00 0:14:13 0:00

“Keçən dövr (yeddinci raund) müzakirələr haradasa mənfi nəticələnirdi. Amma, son gündə, hər halda Tehrandan İranın nümayəndə heyətinə necə bir təlimat gəldisə, İranın nümayəndə heyəti daha yumşaldı. Mediaya əks edilən mesajlarda da göründü ki, Avropalılar da [son] danışıqlardan razı çıxıblar,” Hüseyn Paşayı söyləyir.

İranın strategiyası müzakirələri uzatmaq üçün müzakirə etməkdir. Öz içlərində də bunun adını qoyurdular, müzakirə üçün müzakirə.

Onun sözlərinə görə, “Avropa tərəfi keçən dövrün sonunda gördü ki, İranın strategiyası danışıqları uzatmaq üçün müzakirə aparmaqdır. İranın Ruhanidən öncə də belə siyasəti var idi. Öz içlərində də bunun adını qoyurdular "müzakirə üçün müzakirə." Bir növ zaman qazanmaq üçün. Zamandan elə faydalanmaq istəyirlər ki, uran zənginlişdirilməsini geri dönülməyəcək bir nöqtəyə çatdırsınlar.”

Danışıqların koordinatoru Avropa Birliyi rəsmisi Enrike Mora dekabrın 27-də deyib ki, “bütün nümayəndə heyətləri danışıqların nisbətən ağlabatan bir müddət ərzində başa çatmasının vacibliyini hiss edirlər. Məhdudiyyət qoymaq istəmirəm əlbəttə, ancaq, aylardan deyil, həftələrdən söhbət gedir.”

Paşayi deyir ki, “Avropa rəsmilərinin dediklərindən yola çıxsaq, onlar deyir ki, əgər neçə həftəyə qədər nəticəyə çatmasaq, artıq bu sazişin bərpası üçün müzakirələr mənasız olacaq. Bunun neçə anlamı ola bilər; Bir [ehtimal] budur ki, İranın zənginləşdirmə proqramı elə bir nöqtəyə gəlib çatacaq ki, artıq bu danışıqların heç bir mənası qalmayacaq. Ya da ki, başqa olaylar baş verəcək. Bilirik İsrail məsələsi var, ərəb dövlətləri var. Bu ehtimal da var ki, bir hərbi qarşıdurma baş verəcək.”

Avropa rəsmilərinin dediklərindən yola çıxsaq, onlar deyir ki, əgər neçə həftəyə qədər nəticəyə çatmasaq, artıq bu sazişin bərpası üçün müzakirələr mənasız olacaq.

Siyasi ekspertin sözlərinə görə, avropalılar artıq İranın nümayəndə heyətini və onların yürütdüyü siyasəti yaxşı tanıyırlar və məhz buna görə, möhlət məsələsini ortaya qoyublar.

Bəzi ekspertlər hesab edir ki, Çinlə strateji əməkdaşlıqları artıran İran İslam Respublikasının nüvə sazişinə ehtiyacı keçmişə nəzərən azalıb.

Lakin, Hüseyin Paşayi, Çinin belə vəziyyətlərdə etibar ediləcək bir dövlət olmadığını deyir. Onun sözlərinə görə, “Çin çox etibar ediləcək bir güc deyil. Baxmayaraq ki, Çinin xarici işlər nazirliyindən mesaj gəldi ki, Amerika tərəfi dərhal sanskiyaları qaldırılmalıdır. Ancaq, Çin tamamən öz iqtisadi mənfəətlərini güdür. Bugün əgər Çinin İranla müqavilələri varsa, eyni zamanda Səudiyyə Ərəbistanı ilə də raket proqramları var.”

XS
SM
MD
LG