Accessibility links

İbrahim Ramazani: İran Azərbaycanında müəyyənedici ünsür artıq şiəçilik deyil, türk dilidir


İbrahim Ramazani

Araşdırmaçı və sosioloq İbrahim Ramazaninin sözlərinə görə, “artıq İran Azərbaycanında müəyyənedici ünsür şiəçilik deyil, türk dilidir. Bunu bölgədə fəaliyyət göstərən siyasətçilər də görür və buna görə danışırlar.”

İbrahim Ramazaninin Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:14:55 0:00

Ramazani Amerikanın Səsi ilə sohbətdə İran hakimiyyəti və müxalif qrupların “anti-türk” siyasətini şərh edib. O hesab edir ki, müxalif qruplar türklərə qarşı basqılara dəstək verərək İran hakimiyyətinin bütün əməllərinə legitimlik vermiş olurlar.

Hakimiyyət ilə müxalifət eyni şəkildə türklərə qarşı çıxırlar. Önəmli məsələ budur ki, burada yararlanan kimdir? Müxalifət hakimiyyətlə eyni ağızdan danışırsa, yararlanan hakimiyyət olur.

İbrahim Ramazani İranda türklərin ancaq “azəri, iranlı və şiə” olaraq dövlət qurumlarında yüksəlmələrinə icazə verildiyini önə çəkir:

“Əgər İranda bir türk hakimiyyətdə yer almışsa, bir türk olaraq yer almamış. Hakimiyyətdə yer alan və iqtisadi olaraq özünü gəlişdirən birisi, azəri, iranlı və şiə olaraq yer almışdır. Bir türk hər zaman türk olmuşsa, heç sayılmışdır. Müəyyən yerlərə gələ bilməmişdir.”

Onun sözlərinə görə, “İranda ‘türklər hakimiyyətdədir’ və ya ‘bazar türklərin əlindədir’ kimi ifadələr türkləri əldə tutmaq üçün yalandan meydana çıxarılıb. Yəni ki, siz və biz ortağıq. Nədə ortağıq? Ortaq olduğumuz şey fars dilidir, İran coğrafiyasıdır. Ortaq olduğumuz şey İran-İraq savaşında verdiyimiz şəhidlərdir. Bunların xaricində ortaq nöqtəmiz yoxdur. İran hakimiyyəti 40 ildir şiəçilikdən yararlanaraq türklər ilə farslar arasında bir ‘biz’ yaratmağa çalışmış və çox zaman uğurlu olmuşdur.”

Keçən həftələrdə İran hakimiyyətinə yaxın cərəyanlar, habelə bəzi müxalif qruplar türk fəallar və Traktor azarkeşlərinə qarşı sərt ölçülər götürülməsini tələb etdilər.

Hakimiyyətdə yer alan və iqtisadi olaraq özünü gəlişdirən bir türk əslində azəri, iranlı və şiə olaraq orada yer almışdır.

İbrahim Ramazani hesab edir ki, müxalif qruplar ilə hakimiyyətin bu mövzuda eyni şəkildə hərəkət etməsi hakimiyyətin yararına olan bir durumdur.

“Türk məsələsi ortada isə, İran hakimiyyəti ilə İranlı müxalif qruplar eyni şəkildə türklərə qarşı çıxıblar. Önəmli məsələ budur ki, burada yararlanan kim olmuşdur? Müxalifət hakimiyyətlə eyni ağızdan danışırsa, burada yararlanan hakimiyyət olur. Müxalifət bilərək, ya bilməyərək hakimiyyətin əlinə su tökür. Hakimiyyət türkə qarşı bir şey edəndə deyir, müxalifət də bunu qəbul edir. Bu şəkildə hakimiyyətin etdiyi hər şey məşru olur,” o, qeyd edir.

Ramazani həmçinin noyabrın 1-də Təbriz Stadionunda Traktor azarkeşləri tərəfindən Türkiyəyə dəstək şüarlarının səsləndirilməsini dəyərləndirib. Təbriz Stadionunda baş verənlər uzun müddət İran mediası və siyasi qruplarının gündəmində oldu.

“Daha öncə də az-çox İrandakı türklər və Traktor tərəfdarları tərəfindən Türkiyəyə dəstək verilmişdi. Amma bu genişlikdə yox idi. Bu, birdən-birə həyəcanla ortaya çıxmış bir şey deyil. Artıq o insanlar öz gələcəklərini və kimliklərini müdafiə edirlər. Kim olduqlarını bilirlər. Bizim əgər bir aydın gələcəyimiz varsa, bu aydın gələcəkdə Türkiyənin nə qədər rolunun olduğuna bir çox insan inanır” , o söyləyir.

İbrahim Ramazani əlavə edir ki, “artıq Azərbaycanda və türk bölgələrdə bəlirləyici ünsur türk kimliyidir, oradakı türk qruplardır. Azərbaycanda bəlirləyici ünsür artıq şiəçilik deyil, türk dilidir. Bunu bölgənin millət vəkilləri də görürlər.”

XS
SM
MD
LG