Accessibility links

Qrossmeyster Vüqar Həşimovla vida mərasimi keçirilib


Azərbaycanlı qrossmeyster Vüqar Həşimovla vida mərasimi keçirilib
Azərbaycanlı qrossmeyster Vüqar Həşimovla vida mərasimi keçirilib

Vüqar Həşimov ağır xəstəlikdən sonra yanvarın 11-də dünyasını dəyişib

Yanvarın 14-də Respublika Şahmat Mərkəzində azərbaycanlı qrossmeyster Vüqar Həşimovla vida mərasimi keçirilib.

Turan agentliyinin məlumatına görə Almaniyanın Heydelberq şəhərindəki klinikada dünyasını dəyişmiş azərbaycanlı qrossmeyster Vüqar Həşimovla vida mərasimində hökumət təmsilçiləri, millət vəkilləri, mərhumun yaxınları, idmançı yoldaşları iştirak ediblər.

Jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Vüqar Həşimovun xatirəsinin əbədiləşdirilməsini istərdi: "Bilirsiniz ki, bu qərarı dövlət qəbul edir. Bunu nazirlik qəbul edə bilməz. Buna görə də hər hansı bir təklifləri cənab prezidentlə məsləhətləşmək vacibdir. Onun fikirləri və baxışı önəmlidir. “deyə o bildirib.

Şahmatçı III Fəxri xiyabanda torpağa tapşırılıb.

Vüqar Həşimov ağır xəstəlikdən sonra yanvarın 11-də dünyasını dəyişib.

V.Həşimov FIDE-nin 2011-ci ilin mart ayına olan reytinq siyahısında Teymur Rəcəbovu bir pillə qabaqlayaraq 11-ci yerdə qərarlaşmışdı. 2002, 2004, 2006 və 2008-ci illərin şahmat olimpiadalarında Azərbaycan yığmasının tərkibində çıxış edib.

Azərbaycan Şahmat Federasiyası ilə arasında yaranmış münaqişəyə görə 2010-cu il şahmat olimpiadasında yığma komandanın heyətinə dəvət edilməmişdi.

2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa çempionu adını qazanmışdı. 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən "Recco-Emiliya" şahmat turnirinin qalibi olub.
XS
SM
MD
LG