Accessibility links

Natiq Cəfərli: İlqar Məmmədov əfv ərizəsi yazmayıb


ReAL Hərəkatının lideri İlqar Məmmədov
ReAL Hərəkatının lideri İlqar Məmmədov

"Respublikaçı Alternativ Hərəkatının (REAL) lideri İlqar Məmmədov heç vaxt əfv ərizəsi yazmayıb. Bu barədə yayılan məlumatlar tam yalandır". Bu barədə REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli Amerikanın Səsinə bildirib.

“Görünən odur ki, bu məsələnin sifarişlə gündəmdə saxlanılmasında maraqlı olan adamlar var. İ.Məmmnədov heç zaman əfv ərizəsi yazmayıb. Əgər, o Penitensiar Xidmətin rəsmisinin dediyi kimi, 2014-cü ildə əfv yazsa idi, iqtidara yaxın media indiyədək bu barədə yazardı”, o qeyd edib.

İlqar Məmmədovun cərimə kamerasına salınmasına gəlincə, o, ötən həftə bir saat REAL liderinin cəza kamerasında qaldığını deyib.

“Cəzaçəkmə müəssisəsinin rəhbəri əvvəlcə Məmmədovun cəza kamerasına salınması barədə qərar qəbul edib və bir saat sonra qərarını dəyişib”, Cəfərli qeyd edib.

Ötən həftə Penitensiar Xidmət 2 saylı cəzaçəkmə müəssisəsində saxlanılan REAL Hərəkatının sədri İlqar Məmmədovun əfv ərizəsi yazması ilə bağlı açıqlama yayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Yaşar İsakov virtualaz.org saytına açıqlamasında deyib ki, məhkum İlqar Məmmədov 2014-cü il iyulun 22-də Azərbaycan prezidentinə əfv xahişi ilə rəsmən müraciət edib.

“Bu sənəd onun şəxsi işində də var”.

Y.İsakov xüsusi qeyd edib ki, Penitensiar Xidmət İ.Məmmədovun dövlət başçısına ünvanlandığı əfv ərizəsini istənilən an ictimaiyyətə təqdim edə bilər.

XS
SM
MD
LG