Accessibility links

Şimali Koreya raket sınaqları keçirib


Şimali Koreyanın yeni lideri Kim Conq Un
Şimali Koreyanın yeni lideri Kim Conq Un

Cənubi Koreya rəsmiləri deyirlər ki, bu həftənin əvvəlində Şimali Koreya silahlı qüvvələri şərqi sulara üç qısa mənzilli raket atıblar.

Haqqında ilk öncə Yaponiyanın Sankey Şimbun qəzetində çıxan məlumatdan Cənubi Koreya müdafiə nazirliyi xəbərdar olduğunu bildirib.

Raketlərin 120 kilometr məsafə qət etmək iqtidarında olan KN-01 yer-yer tipli olduqlarına inanılır.

Təhlilçilər deyirlər ki, raket testi qonşulara mesaj deyil, şimalın arsenalındakı raketlərin dəqiqliyini yoxlamaq məqsədi güdürdü.

Buna oxşar sınaq dekabrın 19-da Kim Conq İlin öldüyü gün də keçirilmişdi.

XS
SM
MD
LG