Accessibility links

Kim Conq İlin cəsədi atasının tabutunun yanında ictimai nümayişə qoyulacaq


Kim Conq İlin cəsədi atasının tabutunun yanında ictimai nümayişə qoyulacaq
Kim Conq İlin cəsədi atasının tabutunun yanında ictimai nümayişə qoyulacaq

Şimali Koreya bildirir ki, mərhum lider Kim Conq İlin cəsədi atasının mumyalanmış cəsədinin nümayişə qoyulduğu xatirə sarayına aparılacaq.

Rəsmi Şimali Koreya Mərkəzi Agentliyinin məlumatına görə, cənab Kimin cəsədi Pxenyanın Kumsusan xatirə sarayında saxlanılacaq.

Məlumatda habelə Kim Conq İlə Şimali Koreyanın yaradıcısı olan atası Kim İl Sunq kimi Kommunist Partiyasının əbədi lideri adı verildiyi deyilir. Atasına ölümündən sonra “Əbədi prezident” adi verilmişdi.

Müşahidəçilər deyir ki, Kim Conq İlin cəsədinin atası ilə birlikdə ictimai nümayişə qoyulması onun oğlu və xələfi Kim Conq Unun cəhdi kimi qiymətləndirilir.

Kim Conq İl keçən il dekabrın 17-də infarktdan dünyasını dəyişmişdi. Şimali Koreya Kim Conq Unu atasının “layiqli davamçısı” bilərək, onu formal olaraq hərbi rəhbər təyin edib.

XS
SM
MD
LG