Accessibility links

Niyə Azərbaycanda vəzifəli şəxslər insan alveri cinayəti üzrə həbs edilmir? [Video-Müsahibə]


Əlövsət Əliyev: İnsan alverinə görə bir məmur belə həbs edilməyib
please wait

No media source currently available

0:00 0:10:36 0:00

Əlövsət Əliyev: İnsan alverinə görə bir məmur belə həbs edilməyib

Bu, beynəlxalq təşkilatların narahatlığına səbəb olur. Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin rəhbəri Əlövsət Əliyevin Amerikanın Səsinə müsahibəsi

Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev Amerikanın Səsinə müsahibəsində ölkədə insan alverinə qarşı mübarizə, Amerika Dövlət Departamentinin yaxınlarda dərc ediləcək hesabatı, insan alveri ilə bağlı vəzifəli şəxslərinin həbs edilməməsinin səbəblərindən danışıb.

Müsahibədən seçmələr:

- Azərbaycan 2005-ci ildən insan alverinə qarşı mübarizəyə başlayıb. Milli Fəaliyyət Planı hazırlayıb, qanunlar qəbul edib, beynəlxalq sənədlərə qoşulub.

- Beynəlxalq təşkilatlar Azərbaycanda insan alverinə qarşı mübarizənin vəziyyətindən razı deyil, tez-tez tənqid edirlər, narazılıqlarını səsləndirirlər.

- Azərbaycanda bu ilədək məcburi əməyə qarşı mübarizə aşağı səviyyədə idi. Bu beynəlxalq təşkilatları narahat edirdi.

Beynəlxalq təşkilatlar narahatdır ki, hansı səbəbdən vəzifəli şəxslər bu kateqoriya cinayətlər üzrə həbs edilmir.
- Azərbaycan az ölkələrdəndir ki, insan alverçiləri arasında saxlanılanların heç biri məmur və ya dövlət qulluqçusu deyil. Amma, başqa ölkələrin təcrübəsinə görə də insan alveri əsasən mütəşəkkil cinayətkar qruplar tərəfindən həyata keçirilən, dövlət məmurları, vəzifəli şəxslər, - sərhəd buraxılış məntəqələrinin, gömrük, polis əməkdaşları tərəfindən himayə edilən kateqoriya cinayətlərə aiddir. Buna görə də beynəlxalq təşkilatlar narahatdır ki, hansı səbəbdən vəzifəli şəxslər bu kateqoriya cinayətlər üzrə həbs edilmir.

- Azərbaycan insan alveri ilə bağlı həm təyinat, həm mənbə, həmdə tranzit ölkədir. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Türkiyə, İran kimi ölkələrə Azərbaycan
Özbəkistan, Türkmənistan, Tacikistan vətəndaşları Azərbaycan ərazisi vasitəsi ilə BƏƏ, Türkiyə və İrana daşınır.
vətəndaşları aprılır. Azərbaycan Orta Asiya ölkələri üçün tranzit ölkə kimi istifadə olunur. Özbəkistan, Türkmənistan, Tacikistan vətəndaşları Azərbaycan ərazisi vasitəsi ilə BƏƏ, Türkiyə və İrana daşınır. Bununla yanaşı, Baltikyanı, Orta Asiya ölkələri, Gürcüstan və hətta Əfqanıstan üçün Azərbaycan qəbul edən ölkədir. Bu ölkələrin vətəndaşları Azərbaycanda insan alveri qurbanlarına çevrilir.

- Beynəlxalq təşkilatlar Azərbaycandan tələb edir ki, əgər eyni şəxsin adı, soyadı bir neçə dəfə dəyişdirilirsə pasport və qeydiyyat idarəsinin əməkdaşları bu cinayətkar qrupun üzvləridir. Və ya eyni insan bir ildə bir neçə dəfə başqa ad və soyadla xaricə aparılıb gətirilirsə, sərhədçi bunu görməli olduğu halda
Beynəlxalq təşkilatlar Azərbaycandan tələb edir ki, əgər eyni şəxsin adı, soyadı bir neçə dəfə dəyişdirilirsə pasport və qeydiyyat idarəsinin əməkdaşları bu cinayətkar qrupun üzvləridir
“görmürsə” ki, həmin şəxslər müşahidə altında aparılır, beynəlxalq təşkilatlar onların da cinayətkar qrupun üzvü olduğunu hesab edir.

-2012-2013-cü illər Azərbaycanın insan alverinə qarşı ən yaxşı mübarizə apardığı illərdir. Çünki ilk dəfə olaraq Azərbaycan bu sahədə mütəşəkkil cinayətkar qrupları zərərsizləşdirə bilib. Azərbaycandan İrana çoxsaylı insan alveri qurbanları aparmış böyük bir qrup müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilib. Həm Azərbaycan, həm də İran vətəndaşları barədə məhkəmə hökmü çıxarılıb. Eyni zamanda, 20 nəfər Azərbaycan vətəndaşını Rusiyaya aparan cinayətkar qrup zərərsizləşdirilib.

- Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin işi qeyri hökumət təşkilatları üçün kifayət qədər şəffafdır. Mətbuat da həmin idarədən istənilən məlumatı əldə edə bilər.

- Cinsi istismara cəlb edilmiş şəxslərlə bağlı işlərin axıra qədər araşdırılmaması fikri ilə razıyam.

nsanların qanunsuz daşınmasına görə Azərbaycan Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulmayıb.
- İnsanların qanunsuz daşınmasına görə Azərbaycan Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulmayıb. Baxmayaraq ki, Azərbaycan BMT-nin Transmilli Cinayətkarlıqla Mübarizə Konvensiyasına və əlavə Protokola qoşulub. Ölkə öhdəlik götürüb ki, insanların qanunsuz daşınmasını cinayət əməli kimi Cinayət Məcəlləsində nəzərdə tutacam. Amma, buna görə cəzalandırma institutu yoxdur.

- Ötən həftə parlament Cinayət Məcəlləsinə məcburi əməyin sanksiyasının olduqca ağırlaşdırılması barədə dəyişiklik etdi. Amma, Azərbaycanda insan alveri ilə bağlı müəyyən edilən cinayətlərin əksəriyyəti cinsi istismara məcbur etmə ilə bağlıdır. Məcburi əməklə bağlı bu il Azərbaycanda ilk dəfə 14 nəfər
Azərbaycanda məcburi əmək faktları cinsi istismar faktlarından daha çoxdur, amma bu gün daha çox cinsi istismara qarşı mübarizə var.
vətəndaşın Rusiyada donuz fermasında qul kimi işlətmə faktı ilə bağlı hökm çıxarılıb. Baxmayaraq Azərbaycanda məcburi əmək faktları cinsi istismar faktlarından daha çoxdur, amma bu gün daha çox cinsi istismara qarşı mübarizə var.

- Mediada yazıldığının əksinə olaraq hesab etmirəm ki, ABŞ Dövlət Departamenti Azərbaycanı insan alverinə qarşı mübarizədə 3-cü qrupa aid edəcək. Hesab edirəm ki, insan alverinə qarşı mübariz əvvəlki illərlə müqayisədə xeyli inkişaf edib, QHT-lərlə dövlət orqanları arasında əməkdaşlıq mövcuddur, insan alveri qurbanlarının müdafiəsi institutu formalaşmaq üzrədir və məcburi əməklə, ev qulluqçuluğu, orqanların transplantasiyası ilə bağlı işlər
İnsan alveri qurbanlarının müdafiəsi institutu formalaşmaq üzrədir.
üzrə ilk dəfə olaraq Azərbaycanda hökmlər çıxarılıb. Əvvəlki illərdə bu əməllərin heç birini cinayət kimi sübut etmək belə mümkün deyildi.

Ona görə, hesab edirəm ki, Amerika Dövlət Departamenti hesabat hazırlayanda bütün buları nəzərə alacaq. Azərbaycan hazırda 2- nəzarət qrupundadır. Mətbuat 3-cü qrupa salınacağını yazır. Ümid edirəm ki, 2 nəzarət qrupundan çıxarılıb, 2-ci
qrupda saxlanıla bilər. Bu mənim ekspert kimi fikrimdir.

Baxmayaraq ki, çatışmamazlıqlar mövcuddur, məmurlar məsuliyyətə cəlb edilməyib amma Azərbaycanda doğrudan da əvvəlki illərlə müqayisədə inkişaf var. İlk dəfə olaraq Azərbaycanda insan alveri qurbanları onlara vurulan ziyana
Ümid edirəm ki, 2 nəzarət qrupundan çıxarılıb, 2-ci qrupda saxlanıla bilər. Bu mənim ekspert kimi fikrimdir.
görə məhkəmə qərarı ilə kompensasiya alıb. Bu nə Gürcüstanda, nə də Ermənistanda olmayıb.

- Tənqidlərin biri Azərbaycanın məcburi əməyə görə siyasi iradə nümayiş etdirmək gücündə olmaması ilə bağlı idi. İndi siyasi iradə nümayiş etdirilib, onlarla şirkətə məcburi əməyə cəlb etməyə görə milyonlarla manat sanksiyalar tətbiq edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG